Məhsullar

FİTOOİL UŞAQ KREMİ

Tərkibi: Oleum Chamomillae (Çobanyastığı yağı/Масло ромашки), Oleum Bidens tripartita (Yatıqqanqal yağı/Масло череды),
Aqua, Ceto/steoryl alcohol, Ceteareth 20, Glyserine, Dimeticone, D-panthenol, Vit E, Allantoin, Phenoxyethanol-caprylic glycol, parfum, Acidum citricum.

Fitooil uşaq kreminin tərkibi yatıqqanqal otu və çobanyastığı çiçəklərinin ekstraktları, A, E vitaminləri, D-pantenolla zənginləşdirilib. Zərif körpə dərisi üçün ideal vasitədir. İltihabəleyhinə, qaşınma əleyhinə, nəmləndirici, yarasağaldıcı təsir edir, eksudativ-kataral diatezin dəri təzahürləri, dermatitlər, irincikli zədələnmələr, bişməcələr zamanı istifadə olunur. Dərinin qaşınmasının, bakterial və göbələklə zədələnməsinin qarşısını alır. Dərini nəmləndirir, elastikliyini bərpa edir, qabıqlanmasını azaldır, piy vəzilərinin axacaqlarının keçiriciliyini bərpa edir. Uşaq bezlərindən mütəmadi istifadə zamanı yaranan qızartı, qaşınma, bişməcə və s. kimi problemlərin qarşısını alır.

Dəriyə gündəlik qulluq üçün nəzərdə tutulub.

Körpələrə ilk günlərdən istifadə oluna bilər.

Tərkibində boyaq maddələri, alkoqol və propilenqlikol yoxdur, pH göstəricisi fiziolojidir, normaldır.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar