Məhsullar

Sedati̇v çay. (əsəb Saki̇tləşdi̇ri̇ci̇)

Tərkibi: Pişikotu kökü, damotu otu, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.

Kimyəvi tərkibi: Pişikotu kökünün tərkibində efir yağları, izovalerian turşusu, bornilizovalerianat, borneol və s. vardır. Damotu otunun tərkibində qlikozidlər, alkaloidlər, efir yağları və s. vardır. Mayasarmaşığı qozasının tərkibində xumulin alkaloidi, efir yağları, valerian turşusu və s. vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, izovalerian və sirkə turşusunun efirləri və s. maddələr vardır.

Farmakoloji təsiri: Sinir sistemində oyanıqlığı azaldır, tormozlanmanı artırır, trankvilizəedici təsir göstərir. Spazmolitik təsir edərək koronar və periferik qan damarlarını genişləndirir, antiaritmik və hipotenziv effekt verir. Yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır.

İstifadəsinə göstəriş:

  • Nevrozlar (kardionevroz, nevrasteniya)
  • NSD, sinir-emosional oyanıqlıq və stress
  • Hipertoniya xəstəliyi (ilkin mərhələ)
  • Xroniki yorğunluq sindromu, yuxusuzluq
  • Predmenstrual və klimakterik sindromlar
  • Hipertireoz, şəkərli diabet
  • Spastik sindromla müşayiət olunan həzm sistemi xəstəlikləri
  • Uşaqlarda hipertenzion sindrom, sinir-reflektor oyanıqlıq sindromu

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Yuxusuzluqda 3 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəq. dəmlənir, yatmazdan 1 saat əvvəl daxilə qəbul edilir.

Çayın dəmləməsindən körpələr üçün vanna şəklində istifadə etmək olar. Bu məqsədlə filtr-bağlamaların sayını suyun miqdarına uyğun artırmaq lazımdır.

Müalicə kursu 30 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

 

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif “zədələr” alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi və yüksək analiz qabiliyyəti tələb olunur. Bütün bu gündəlik problemlər müxtəlif nevrozluq, psixoemosional gərginlik, yuxusuzluq, depressiv vəziyyət, hətta ürək fəaliyyətinin pozulmalarına qədər gətirib çıxarır.

Sizə gündəlik yaşam tərzinə çevrilən ev, iş həyatında stress, yuxusuzluq, əsəb gərginliyi və yuxarıda sadaladığımız digər problemlər zamanı köməyə gələcək Herba Flora şirkətinin Sedativ çayı haqqında danışmaq istəyirəm. Herba Flora şirkətinin Sedativ çayı tam təbii, bitki tərkibli əvəzolunmaz məhsuldur.

Sedativ çayı tərkibindəki pişikotu kökü sayəsində sinir sisteminin mərkəzi bölmələrinə təsir edərək reflektor oyanıqlığı azaldır. Beləliklə baş beyinin sinir hüceyrələrində tormozlanma proseslərini sürətləndirir. Nəticədə sakitləşdirici, qıcolmaəleyhinə effekt verir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Tərkibindəki beşdilimli damotu otu sayəsində Sedativ çayı sinir hüceyrələrinin tormozlanma prosesini sürətləndirir. Sedativ effekti bir qədər də yüksəldir. Digər sakitləşdirici preparatlardan fərqli olaraq Sedativ çayı həm yüksək sedativ effekt verir, həm də tərkibindəki mayasarmaşığı qozası və istiotlu nanə yarpağı sayəsində orqanizmə stimullaşdırıcı, tonuslandırıcı təsir edir. Əhvali-ruhiyyəni yaxşılaşdıraraq insan orqanizmini gün ərzində gümrah saxlayır. Belə ki, mayasarmaşığı qozasının tərkibindəki kumarin maddəsi, istiotlu nanə yarpağının tərkibindəki efir yağı mentol insanlarda çox yuxuculluğun qarşısını alır. Həmçinin sakitləşən orqanizmə ruh yüksəkliyi verir.

Herba Flora şirkətinin Sedativ çayı tam təbii olduğu üçün bütün əsəbi gərgin olan insanlara, o cümlədən, predmenstrual sindrom və klimaks, hamiləlik nevrozları, doğuşdan sonrakı nevrozlar, şəkərli diabet, hipertireozdan əziyyət çəkən xəstələrə tövsiyə olunur. Çünki Sedativ çayı bu insanlarda narahatlıq, yuxusuzluq, qorxu, isterik vəziyyət, yorğunluq, depressiv vəziyyət və s. kimi psixoemosional sferada olan bütün problemləri tədricən aradan qaldırmağa kömək edir. Herba Flora şirkətinin Sedativ çayını qəbul edin, stresdən uzaq olun!

https://fizulihuseynov.com/

https://herba-flora.com

Oxşar Məhsullar