fbpx
Close

Kəklikotu

Kəklikotu

Kəklikotu boş torpaqlarda bitə bilən bitki qrupuna daxildir. Dünyanın demək olar ki, hər yerində təkbaşına asanlıqla inkişaf edir, xoş qoxusu ilə tanınır. Çəhrayı çiçəklər və saçaqlı köklərə malikdir. Eyni zamanda mətbəximizdə də çox istifadə olunur.
Çiçəyi iyun ayında toplanmağa başlayır. İştaha açıcı xüsusiyyəti olan kəklikotu, xüsusilə qırmızı ətlə birlikdə istifadə edildikdə dadını yaxşılaşdırır. Demək olar, dünyanın hər ölkəsində, hər mətbəxdə sevilir.


Kəklikotu əla ətri ilə tanınır və yeməkləri çox dadlı edir. Onun insan sağlamlığına faydaları olduqca çoxdur.
Mədədə qaz və spazmı aradan qaldırmağa kömək edir. Bədəndə sərbəst radikalları bloklamaq xüsusiyyətinə malikdir və orqanizmə zərər verən bakteriya və mikroblar ilə mübarizə aparır. O, həmçinin rahat həzmi təmin edir. Qida borusu və mədədəki toksinləri təmizləyə bilən bu bitki buna qarşı da istehlak edilməsi mütəxəssislər tərəfindən tövsiyə edilir. Həmçinin ağız qoxusunu aradan qaldıran vasitə kimi də istifadəsi məsləhətdir. Kristal və daş əmələ gəlməsinin qarşısını alan kəklikotu böyrəklərdəki zərərli bakteriyaları azaldır. Sidik yollarını yaxşılaşdırır. Dərini dərindən təmizləyə bilir. Orada olan zərərli bakteriyaları məhv edir, ləkələri yox edərək dəriyə parlaqlıq verir.
Əzələlərdə gərginlik və sıxılmaya qarşı da faydalı olan kəklikotu yağı idmançılar üçün ideal seçim ola bilər. Tərkibində kalsium olduğuna görə sümüklərin inkişafına töhfə verir. Orqanizmdə ödem və iltihabın qarşısını alır.

Kəklikotu çay şəklində və ya yeməklərdə istehlak edildikdə beyinə ikitərəfli fayda verir. Birincisi, onun inkişafına kömək edir. İkincisi, beyində xoşbəxtlik hormonlarının ifrazına səbəb olur. Onun əhəmiyyətli faydalarından biri də saç tökülməsinə qarşı müsbət təsirinin olmasıdır. Saç köklərindəki hüceyrələri gücləndirməyə kömək edən kəklikotu tökülməni minimuma endirir.
Bitkinin yağının duşdan əvvəl saça çəkilməsi olduqca faydalıdır. Saçları vitamin və minerallar baxımından qidalandırır.
Mütəxəssislərin onun istehlakını tövsiyə etməsinin ən böyük səbəblərindən biri də bitkinin stresə qarşı müsbət təsiridir. Kəklikotu rahatlaşdırıcı olduğu üçün insanda stresin formalaşmasını ləngidir. Bədəni başdan-ayağa rahatlaşdıran təsirə malikdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *