İtburnu

İtburnu

Təbiətdə rast gəlinən dərman bitkilərindən istifadə son illərdə həm ölkəmiz, həm də bütün dünyada geniş yayılmışdır. Bununla da alternativ təbabətə maraq gündən-günə artır. Həmin müalicəvi bitkilərdən biri də itburnudur. Təzəsi, qurudulmuşundan hazırlanan çayı və hətta marmeladı ilə hər mövsüm geniş şəkildə istehlak edilən itburnu sağlamlıq üçün olduqca faydalıdır. Qidalanma dəyəri çox yüksək olan itburnu vitamin və minerallarla zəngindir. Bununla belə, tərkibində orqanizmi bir çox xəstəliklərdən qoruyan bitki komponentləri də vardır.İtburnu bitkisinin vətəni Türkiyədir. Sentyabr və oktyabr aylarında meyvə verir.

Təbiətin nemətlərindən biri olan bu meyvənin sağlamlığa faydaları çoxdur:

Əla antioksidantdır
Polifenol komponentlər, C və E vitaminləri və karotinoidlər kimi antioksidantlarla zəngin itburnu meyvəsi tanıdığımız ən güclü antioksidant meyvələrdən biridir. Bu xüsusiyyəti sayəsində itburnu maddələr mübadiləsini tənzimləyir, oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir, sərbəst radikalları neytrallaşdırır və stresi azaldır. Buna görə də xərçəng, ürək-damar və xroniki xəstəliklərə qarşı təbii qorunmanı təmin edir.
Ürək-damar xəstəliklərindən qoruyur
Yenə yüksək antioksidant tərkibinə görə itburnu meyvəsi ürək-damar xəstəliklərinə qarşı qorunmanı təmin edir. Bundan əlavə, tərkibindəki C vitamini sayəsində damar quruluşunu qorumağa kömək edir. Beləliklə, aterosklerozdan (damarların qalınlaşması və sərtləşməsi) qorunmanı təmin edir. Qan təzyiqi, pis xolesterin olaraq bilinən LDL səviyyəsini aşağı salmaq kimi təsirləri olan itburnu ürək xəstəliklərindən qorunmaq istəyən şəxslərin mütləq istehlak etməsi lazım olan qidalar arasındadır.
Diabet xəstələrində qan şəkərini balanslaşdırır.
İtburnu insulin həssaslığını artırmaq və qan şəkərinin tənzimlənməsini dəstəkləmək kimi təsirlərə malikdir. Bu şəkildə insulin müqaviməti olan xəstələrdə tip-2 diabetin inkişafının qarşısını almağa və diabet xəstələrində qan şəkərini tənzimləməyə kömək edir.

İtburnun immunitetə təsiri

İmmunitet sistemini gücləndirir.
C, A və E vitaminləri və polifenollarla çox zəngin olan itburnu orqanizmi infeksiyalardan qoruyan limfositlərin istehsalını artırır. Yoluxucu xəstəliklərə qarşı immunitet reaksiyasını gücləndirir.
Pəhriz saxlayanlarda arıqlamağa kömək edir.
Bəzi elmi araşdırmalara görə, meyvədəki tilozid adlı antioksidant maddə piylərin parçalanmasını sürətləndirir və çəki artımını azaldır.
Mədə-bağırsaq xəstəliklərini sakitləşdirir.
İtburnu meyvəsi və ya çayı mədənin pH balansını dəyişdirdiyi üçün mədə xəstəlikləri olan insanlarda xora əmələ gəlməsinin qarşısını alır. İshalın sağalmasında çox təsirlidir.

İtburnunun digər faydaları

 Dərinin erkən qocalmasının qarşısını alır.
Bədən zülallarının böyük bir hissəsini təşkil edən, dərinin bərpası, elastikliyi və yaraların sağalmasında əsas rol oynayan protein kollagendir. İtburnu bitkisində çox yüksək səviyyədə olan C vitamini kollagenin istehsalını stimullaşdırır. Bu sayədə dərini günəşin zərərli şüalarından qorumaq, daha sıx və gənc görünüşü təmin edir, qırışların və incə xətlərin əmələ gəlməsini gecikdirir. Eyni zamanda, itburnu bitkisində olan karotinoid növü olan astaksantin kollagenin parçalanmasının qarşısını alaraq yaşlanma ilə bağlı dəri problemlərinin qarşısını almağa kömək edir. Digər karotenoidlər və xüsusilə A vitamini və likopen baxımından zəngin bir meyvə olan itburnu müntəzəm istehlakı dərinin zərərli xarici amillərdən qorunmasında çox təsirlidir.


Ağrı və iltihabı azaldır.
Qalaktolipidlər və polifenollarla çox zəngindir, iltihabı və oynaq ağrılarını azaltmaqda əhəmiyyətli təsirləri var. Bu şəkildə osteoartrit və revmatoid artritli xəstələrdə oynaq ağrılarını aradan qaldırmaqda, autoimmun xəstəliklər və xroniki infeksiyalarda iltihabı azaltmaqda təsirli ola biləcəyini göstərən araşdırmalar var.
Yuxarıda göründüyü kimi bir çox sağlamlıq faydası olan itburnu bitkisinin bel ağrısı, həzm problemləri, öd durğunluğu və sidik yolu infeksiyaları kimi bir çox sahədə də fayda verdiyini göstərən araşdırmalar var. Bu müsbət təsirlərin bir çoxu ilə bağlı elmi araşdırmalar hələ də davam edir.

İtburnu meyvəsi ölkəmizdə müxtəlif formalarda geniş şəkildə istehlak edilən bir qidadır. Xalq arasında ən məşhur bitki çaylarından biri itburnu çayıdır. Xüsusilə qış aylarında əksər insanların istehlak etdiyi itburnu çayının sidikqovucu təsiri də olduğu üçün bədəndəki ödemi aradan qaldırmaq, sidik yolu infeksiyalarından qorumaq kimi faydaları var.
Herba Flora şirkətində itburnu meyvəsi həm sadə, həm də filtr-bağlama şəklində istehsal edilir.

https://fizulihuseynov.com/

https://herba-flora.com