İshal problemi

İshal problemi

İshal- bağırsaq peristaltikasının (hərəkətinin) tezləşməsi, formalaşmamış duru, selikli, köpüklü, pis qoxulu və bəzən də qanlı nəcis ifrazı ilə özünü göstərən haldır. İshal, başqa adla desək diareya əksər hallarda bakteriya, virus və ya parazitlərdən qaynaqlanır. Kron xəstəliyi və xoralı kolit də daxil olmaqla iltihabi bağırsaq xəstəlikləri xroniki ishala səbəb ola bilər. İshal qəbizlikdən sonra da baş verə bilər, xüsusən qıcıqlanmış bağırsaq sindromu olan insanlarda bu hala tez-tez rastlanır.

1. Kəskin ishal: Kəskin ishal qısa müddət davam edir, adətən bir və ya iki gün çəkir, lakin daha uzun çəkə bilər. Müalicə yolu ilə, bəzən də öz-özünə düzəlir.

2. Xroniki ishal: Bir neçə gündən çox davam edən ishal daha ciddi bir problemin əlaməti ola bilər. Xroniki ishal ən azı dörd həftə davam edir.

Adətən ishalın  səbəbləri bağırsaqda artıb çoxalan və bağırsağın funksiyasını pozan bakteriya və ya virusdan qaynaqlanır. Qida toksikoinfeksiyaları da diareyaların əsas səbəblərindəndir.

İshalla müşayiət olunan xəstəliklər

İshalla müşayiət olunan xəstəliklər:

  • -Dizenteriya
  • -Salmonellyoz
  • Rotavirus infeksiyası
  • -Ferment defisiti
  • Disbakterioz
  • -Antibiotikoterapiya
  • -Həddindən artıq spirt qəbulu
  • -Müəyyən qidalara qarşı allergiya
  • -Şəkərli diabet
  • -Bağırsaq xəstəlikləri (Kron xəstəliyi və ya xoralı kolit)
  • -Həzm sistemini pozan qidaların qəbulu
  • -Bəzi dərmanların qəbulu
  • -Qalxanvari vəzin həddindən artıq aktiv olması (hipertiroidizm)
  • -Radioterapiya
  • Bəzi xərçəng növləri
  • -Həzm sistemi əməliyyatları
  • -Malabsorbsiya sindromu, bəzi qidaların həzminin çətinləşməsi

İshal çox müxtəlif simptomlarla müşayiət oluna bilər ki, bunlar daha çox səbəbdən asılıdır. Aşağıdakılardan biri və ya bir neçəsi ilə qarşılaşmaq mümkündür:

  • -Ürəkbulanma, mədə ağrısı, qusma, susuzluq, yanğı hissi, qanlı nəcis, dəri quruluğu və s.
  • -Təcili defekasiya ehtiyacı və nəcisi saxlaya bilməmək

İshal ilə bağlı bu simptomlardan hər hansı biri ilə qarşılaşdıqda, həkimlə əlaqə saxlamaq lazımdır. Uşaqlarda ishal adətən beş-yeddi gün ərzində keçib gedir, nadir hallarda iki həftədən çox davam edir. Yetkinlərdə ishal adətən iki-dörd gün ərzində davam edir, lakin bəzi infeksiyalar səbəbindən bir həftə və ya daha çox davam edə bilər. İshal zamanı susuzlaşmanın qarşısını almaq üçün maye qəbulunun artırılması və elektrolitlərin balanslaşdırılması olduqca önəmlidir. Problemin səbəbindən asılı olaraq, diareyanı dayandırmaq və ya infeksiyanı müalicə etmək üçün dərmanlara ehtiyac yarana bilər. İshal əleyhinə dərmanların yan təsirləri olduğu üçün özbaşına qəbulu tövsiyə olunmur.

İshalın müalicəsi

İshal olan xəstələr bol su, meyvə şirələri, idman içkiləri, kofeinsiz qazlı içkilər və duzlu bulyonlar içməlidirlər. Simptomlar yaxşılaşdıqca, bir az daha qatı qidalar yeyilə bilər. İshal olan uşaqlarda itirilmiş maye və elektrolitləri bərpa etmək üçün oral rehidrasiya məhlullarından istifadə edilməlidir. Körpələr də daha çox ana südü ilə qidalandırılmalıdır. İshalın müalicəsində Herba Flora şirkətinin Qastren çayı, Dianat şərbətiNat-Qara zirə kapsulları çox effektiv vasitələrdir. Bu məhsulların tərkibi antiseptik, iltihab əleyhinə, büzücü, bürüyücü və peristaltikanı zəiflədən bitkilərin yığımından hazırlanmışdır. Bağırsaqlardan su itkisinin qarşısını alır, toksinlərin sorulmasını ləngidir, spazmolitik və ağrıkəsici təsir göstərir.

https://fizulihuseynov.com/

https://herba-flora.com