Göbələk.

Göbələk.

 

Göbələk xəstəliyi uzunsürən və müalicəyə çətin tabe olan bir xəstəlikdir. Bu xəstəlik insanların dərisində dırnaqlarında saçlarında mədə-bağırsaq sistemində qida borusunda ağız boşluğunda göz yuvasında sidik-cinsiyyət aparatında eşitmə üzvündə rast gəlinir. Xəstəliyin törədiciləri müxtəlif cinsdən olan göbələklərdir. Göbələk xəstəliyi bəzən heyvanlardan insanlara bəzən insandan insana bəzən də hamamlardan hovuzlardan nəm və günəş şüası az olan yerlərdən hətta yataq dəstindən və geyim əşyalarından da keçir.

Dəri göbələyi.

Göbələyin ən çox yayılan forması Epidermofitiya Mikrosporiya Trixofitiya Dəri kandidozu Kəpəklənən dəmrov və Dəri göbələyidir. Əksər göbələk xəstəlikləri dəridə və dəri törəmələri olan dırnaq və saçlarda əmələ gəlir. İnsanın dərisi üç qatdan ibarətdir. 1 üst epidermis 2 orta derma 3 dərialtı piy təbəqəsi. Bu qatlar üçü bir yerdə morfofunksional vəhdət təşkil edir. Ana bətnində inkişaf edən rüşeym ektodermal və mezodermal adlanan iki qatdan ibarət olur.

Ektodermal qatdan epidermis mezodermal qatdan isə derma formalaşır. Hamiləliyin 7 ci ayında dölün ayaqlarının altında və ovuclarının içində epidermis ikiqat formalaşır və bədənin bütün səthi buynuz qat olan epitellə örtülür. Həm də bu dövrdə tüklər tük follikulları dırnaqlar inkişaf edir. Dərinin buynuz qatı epiteli sitoplazmatik çıxıntılar hesabına girintili çıxıntılı olur. Ağız boşluğu bətndaxili inkişafın ikinci ayında formalaşır. Ağız boşluğunu və dili bürüyən epitel ektodermadan əmələ gəlir əsnək udlaq nahiyyəsi isə mezoderma mənşəli epitellə örtülmüşdür. Ağız boşluğunun selikli qişası dodaqların qırmızı haşiyəsinin çoxqatlı yastı epitelinə keçir.

Epidermis özü də differensasiya olunmuş beş qatdan ibarətdir ki, göbələk xəstəliyi əsasən dərinin ən üst qatı olan epidermisdə inkişaf edir. Müalicələr nəticəsində dəridəki göbələk xəstəliyi sağalsa da çox zaman xəstəlik epidermisin dərin qatlarında qalır və şərait yaranarsa orqanizmin immuniteti düşərsə qapalı və nəm şəraitdə yenidən baş qaldırır.

Epidermofitiya xəstəliyi epidermofiton floccusum göbələyi tərəfindən törədilir. Bu xəstəlik budun iç səthində çanaq büküşlərində və sağrı büküşlərində əmələ gəlir ki nəticədə həmin nahiyələrin dərisi qızarır rəngi getdikcə tündləşir və masserasiyaya(aşınma) uğrayır. Mikrosporiya həm insanlarda həm də heyvanlarda olur. insanlara əsasən heyvanlardan yataq dəstindən yundan baş geyimlərindən və döşəkağından yoluxur.

Trixofitiya göbələyinin daşıyıcısı uşaqlar və heyvanlardır. İnkişafı isə baş dərisində dırnaqlarda və bədəndə olur. Əsas əlamətləri qırmızı üzükvari ləkələr qaşınma saç köklərinin zədələnməsi və kəllənin qabaq nahiyyəsinin keçəlləşməsidir. Dəri kandidozunu kandida göbələyi törədir və dərinin üst səthində dəri büküşlərində barmaqarası büküşlərdə dırnaqların kutikulunda ağızın selikli qişasında və cinsiyyət üzvlərində olur. Kəpəklənən dəmrov aydın sərhədli kiçik ləkələr şəklində əmələ gəlir ləkələr əvvəl xırda və çəhrayı rəngdə olur getdikcə qəhvəyi rəngə çevrilir. Göbələk xəstəliyindən qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmək və xəstəliyin başlanğıcında alma sirkəsindən və tərkibində alma sirkəsi olan Dermafungin. kimi təbii vasitələrdən istifadə etmək məsləhətdir.

27.08.2020

http://fizulihuseynov.com/

Həkim-nevroloq Axundova Qəndab.