fbpx
Close

Şəkərli diabet zamanı düzgün qidalanma

Şəkərli diabet zamanı düzgün qidalanma

Şəkərli diabet zamanı qidalanma mübadilə üçün böyük rol oynayır, II tip şəkərli diabetin yüngül formasında diyetik qidalanma əsas müalicə metodu hesab edilir. Lakin orta və ağır formalı II tip şəkərli diabetdə pəhrizlə yanaşı vacib qaydada qanda şəkəri azaldan dərman preparatları və ya insulin verilir. Nəzərə alsaq ki, I tip şəkərli diabetdə əsas müalicə insulin preparatları ilə aparılır, burada pəhriz və rejim yardımçı xarakter daşıyır.

Qadağandır

Məsləhətdir

Şəkər, konfet, tortlar, mürəbbələr, bal, dondurma, şirin meyvələr (əncir, üzüm, banan, yemiş), ağ çörək

Çox şirin olmayan meyvə və giləmeyvələr, bütün növ tərəvəzlər (kartof, qarğıdalı istisna olmaqla), bütün göyərti növləri, çovdar çörəyi

Qazlı, şirin içkilər, spirtli içkilər, hazır meyvə şirələri, enerji içkiləri, pivə, tünd qara çay

Təzə sıxılmış tərəvəz şirələri, qazsız mineral sular, Diabetea çayı, yağsız ayran, yaşıl çay,

Mirfazin çayı

Yağlı qaymaq, kəsmik, yağlı və duzlu pendir

Yağsız kəsmik, duzsuz pendir, az miqdarda yağsız süd

Yağda qızarmş məhsullar, dərisi soyulmamış balıq və toyuq əti

Buxarda, suda və ya manqalda bişmiş məhsullar, dana əti, dərisi soyulmuş balıq, toyuq və hindquşu əti

Yağlı, hisə verilmiş ət və ət məhsulları, kolbasa və sosislər, küçədə tez hazırlanan qidalar, hazır konservlər

Məhdudlaşdırılır: Yarmalar, makaronlar, bişmiş meyvə-tərəvəzlər, qarpız, qara şokolad, meyvə şirələri, orta yağlı süd, orta yağlı pendir və kəsmik, dərisi soyulmuş qaz və ördək əti.