Zeytun yağı.

Zeytun yağı.

Fitooil Zeytun yağının alınma prosesi 25C-dən yüksək olmayan temperaturda Türkiyə istehsalı olan makinada həyata keçirilir, sıxma zamanı heç bir kimyəvi və biokimyəvi qatqıdan istifadə olunmur. Yəni yağ rafinə olunmur.

Əvvəlcə zeytunlar toplanır, yarpaqlardan və kiçik budaqlardan təmizlənir. Yuyulduqdan sonra xüsusi dəyirmanda əzilib xəmir şəklinə salınır. Alınan kütlə 25C-dək isidilir və separatora ötürülür. Separator öz növbəsində alınan mayeni iki hissəyə – su və yağa ayırır. Yağ paslanmaz çənlərə yığılır və saxlanır, yəni yağa istirahət verilir. Bir müddətdən sonra yağın tərkibində qalan bərk hissəciklər və su ayrılır, filtrasiya olunaraq şüşə qablara süzülür.

Fitooil Zeytun yağı zəngin bir tərkibə malikdir. Omeqa-9, Omeqa-6, Omeqa-3 kimi yağ turşularının, E və K vitaminlərininsterol və tokoferolların əsas mənbələrindən biri olan zeytun yağı salatlarda və souslarda istifadə oluna bilər.

Fitooil Zeytun yağı bədəndə yağ və şəkər mübdiləsini normallaşdırır, bədən çəkisinə nəzarət etməyə yardım edir. Zəngin tərkibi sayəsində bir çox pəhrizlərə əlavə olunur.

Tərkibində olan Omeqa yağ turşuları uşaqlarda sinir sisteminin düzgün formalaşmasına və zehni fəaliyyətin aktivləşməsinə kömək edir. Qanda xolesterol səviyyəsini aşağı salır, qaraciyər və öd kisəsini təmizləyir, E vitamini sayəsində saç və dırnaqları möhkəmləndirir, erkən yaşlanmanın qarşısını alır.

http://fizulihuseynov.com/

https://herba-flora.com