fbpx
Close

SUNEX-Orange (günəşdən qoruyucu üz və bədən kremi)

ORANGE

Tərkibi:

Aqua, Octocrylene, Cetearyl alcohol, Titanium dioxide, Avobenzone, Cyclo­pentasiloxane, Ceteareth-20, Glyceryl stearate, Glycerin, Shea butter (Şi yağı), Almond oil (Badam yağı), Dimethicone, Fragrance, D-Panthenol, Tocopheryl acetate (Vit. E), Allantoin, Phenoxyethanol, Caprylyl glycol, Citric acid.

Təsiri:

Sunex günəşdən qoruyucu üz və bədən kremi – günəş şüalarının dərinin alt qatlarına daxil olmasının qarşısını alır, kollagen və elastinin parçalanmasını ləngidir, dərinin elastikliyini itirməsinin qarşısını alır. Dərini nəmləndirir, susuzlaşmasının, günəş şüalarının təsirindən qocalmasının və qırışmasının qarşısını alır.

Tərkibində olan Şi yağı və E vitamini hesabına dəridə toplanan sərbəst radikalları parçalayır, hüceyrə zədələnməsinin qarşısını alır. Həmçinin onkoloji xəstəliklərin yaranma riskini azaldır. Üz və bədənin açıq qalan hissələrini günəşin UBA spektrindən qoruyur, piqmentasiya, çillərin yaranmasının və tündləşməsinin qarşısını alır. İnvaziv dəri prosedurlarından (pilinq, mikrodermobraziya, lazer terapiyası, epilyasiya, mezoterapiya və s.) sonra dərinin təhlükəsiz şəkildə bərpasını təmin edir.

İstifadəsi:

Günəşə çıxmazdan əvvəl üzə və bədənin açıq qalan hissələrinə çəkilir. 2 saat müddətində dərini günəş şüalarından qoruyur.

Saxlanması:

+5 _ +25°C temperaturda, uşaqların əli çatmayan yerdə saxlayın.

Yararlılıq müddəti: 2 il.

 

Category: Product ID: 7465