fbpx
Close

LOROSEPT Antiseptik məhlul

LOROSEPT Antiseptik məhlul

Tərkibi:

Propolisin, evkalipt yarpağının, küknar yarpağının, exinaseya otunun, mixək tumurcuğunun, itburnu meyvəsinin, palıd qabığının, biyan kökünün, adaçayı yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, nar qabığının və darçının spirtli çıxarışı, təbii limon aromatı, distillə suyu.

Farmakoloji təsiri:

Məhlul güclü antibakterial, göbələk və virus əleyhinə effekt verir. Tərkibində olan aşı maddələri, xüsusən də tanin ağız boşluğu və udlağın selikli qişasına büzücü və mikrob əleyhinə təsir göstərir, virus və bakteriyaların selikli qişaya daxil olaraq yuxarı tənəffüs yollarında xəstəlik törətməsinin qarşısını alır. İltihab əleyhinə və yerli anestetik təsir edir, ağız boşluğu və udlaqda qızartı və ağrını aradan qaldırır, dişəti xəstəliklərinin qarşısını alır.

İstifadəsinə göstərişlər:

Angina, tonzillit

Faringit, laringit

Müxtəlif etiologiyalı quru öskürəklərdə

Gingivit

Parodontoz

Halitoz

Diş ekstraksiyasından sonra

Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində

Əks göstərişlər:

Məhlulun tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

Ağız boşluğu və udlaq 15 ml (1 xörək qaşığı) məhlulla gündə 4-5 dəfə yaxa­lanır və ya qarqara edilir. 5 yaşdan yuxarı uşaqlara 10 ml (1 desert qaşığı) məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir.

İstifadədən sonra 30 dəqiqə ərzində qida və su qəbulu tövsiyə olunmur.

Buraxılış forması: 100 ml-lik tünd rəngli şüşə flakonda, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Saxlanma müddəti: 2 il .

Saxlanma şəraiti: Sərin və uşaqlar üçün əlçatmaz yerdə saxlanıl­malıdır.

İstifadə müddəti qurtarmış məhluldan istifadə etmə­yin.

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil.

Category: Product ID: 8314