Güldəfnə

Güldəfnə

Güldəfnə paxlalılar ailəsinin birillik bitkisidir. Hündürlüyü 40-70 sm aralığındadır, yarpaqları təxminən 4 sm uzunluğunda üç dairəvi hissədən ibarət mürəkkəb formaya malikdir. Çiçəklərinin rəngi sarı, meyvələrinin acı dadı var, lakin bir az qovrulduqda acılığı azalır. Vətəni Kiçik Asiya olsa da Türkiyə, İran və İraqda da bitir. Faydalı xüsusiyyətlərinə görə əsasən mədəni bitki kimi becərilir.

Güldəfnə bitkisinin iki növü vardır. Hər iki növdən də müalicə məqsədi ilə, həmçinin ədviyyat kimi və hər cür kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur. Saç köklərini gücləndirən yağlar hazırlanır, əməliyyatlardan sonra bərpaedici vasitə kimi də faydalıdır. Güldəfnə toxumlarında bir çox qida komponentləri var, bunların arasında əsas zülallar, daha sonra kalium, kalsium, maqnezium, dəmir, fosfor, natrium, sink, nişasta, şəkər, efir yağı, A, C və B qrup vitaminləri və fermentlərdir. Bundan əlavə, güldəfnə bitkisinin tərkibində bütün vacib amin turşular vardır.

Güldəfnə toxumunun istifadə sahələri

Müalicəvi və profilaktik xüsusiyyətlərinə görə güldəfnə toxumları aşağıdakı sahələrdə geniş istifadə olunur: bədəni tonuslandırır, stress altında olan sinir sisteminin fəaliyyətini normallaşdır, yüksək temperaturu aşağı salır, bronx-ağciyər xəstəliklərinin və öskürəyin müalicəsini sürətləndirir, meteorizmi aradan qaldırır, bədəni toksinlərdən təmizləyir. Güldəfnə xüsusi ilə qadınlar üçün faydalıdır. Qadın sağlamlığı üçün effektivliyi demək olar ki, qara zirə yağının gücünə bərabərdir. Güldəfnə toxumu ginekoloji problemlərin həllində əla nəticələr göstərir, südverən qadınlarda laktasiyanı artırır, südün ifraz olunmasını və süd axacaqlarından axıb xaric olmasını sürətləndirir.

Güldəfnə toxumları həm də hormonal fonu qeyri-sabit olan qadın orqanizmində kortikosteroidlərin və estrogen kimi vacib hormonun sekresiyasını qaydaya salır. Nəticədə, bir qadının hormonal balansı təbii olaraq normallaşır. Həmçinin, reproduktiv sistemin yoluxucu xəstəliklərinin, xüsusən də uşaqlığın və uşaqlıq yolunun iltihabının müalicəsi zamanı güldəfnə dəmləməsi yuyunma üçün təyin edilə bilər. Bundan əlavə, polikistik yumurtalıqlar, yüksək libido və menopauza zamanı, doğuşdan sonra orqanizmi sürətlə bərpa etmək üçün  güldəfnənin istifadəsi məsləhətdir. Güldəfnənin qiymətli xüsusiyyətlərindən biri laktasiyanı artıra bilməsidir. Bu bitki prolaktinin təbii analoqu hesab olunur. Eyni vaxtda güldəfnə süd vəzilərinin böyüməsini də stimullaşdıra bilir. Kosmetik məqsədlər üçün güldəfnə toxumlarından təmizləyici, qidalandırıcı və nəmləndirici maskalar hazırlamaq üçün istifadə edilə bilər. Belə maskalar sızanaqları müalicə etmək və dəridə sellüliti azaltmaq üçün yaxşı vasitədir.

Güldəfnə toxumlarının həlimi iştahanı azaldır və toxluq hissi yaradır. Güldəfnə mədə-bağırsaq traktını toksinlərdən və şlaklardan təmizləyir. Onu acqarına içmək məsləhət görülmür, çünki bu halda çox güclü işlədici təsir göstərir. Güldəfnə toxumlarından sistematik olaraq istifadə  bağırsaq poliplərini, hətta parazitləri məhv etməyə kömək edir. Kişilər üçün də güldəfnə toxumları müəyyən hallarda çox faydalıdır. Keçəlləşməni yavaşlatmağa və dayandırmağa kömək edir.

Güldəfnənin həddindən artıq qəbulu hamiləlik dövründə düşük riski yarada bilər. Bunun səbəbi güldəfnənin orqanizmdə oksitosin hormonunu artırması və uşaqlıq əzələsinin yığılmasıdır. Həmçinin allergik reaksiyalar da mümkündür. Güldəfnə qan şəkərinin səviyyəsini aşağı saldığından, diabet xəstələrində insulin qəbulu ilə birlikdə istifadəsi qanda şəkəri çox aşağı sala bilər.

Herba Flora şirkətinin Tealakton çayı  güldəfnə toxumları ilə zəngindir, göstərilən məqsədlərlə pasiyentlər tərəfindən istifadə olunur və çox bəyənilir.

https://fizulihuseynov.com/

https://herba-flora.com