Həcəmət (Hicama) Nöqtələri və Faydaları

Həcəmət (Hicama) Nöqtələri və Faydaları

Bəlkə də kimlər üçünsə bu barədə danışmaq yorucu ola bilər, amma bu müalicə növünün Azərbaycanda geniş yayılmasına çox ehtiyac var. Bunun üçün vaxtaşırı əhalinin maarifləndirilməsi lazımdır.

Həcəmət Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) tərəfindən ən çox bəyənilən və ən çox istifadə olunan müalicə növü olmuşdur. Amma bir çoxları həyatı boyunca bircə dəfə də olsun bu müalicə üsulundan istifadə etməyib. Həcəmətin o qədər faydaları var ki, bunları bir yazıya yerləşdirmək çətindir. Əsas nöqtələr və xəstəliklər haqqında məlumat verəcəm.

 

Başdan olunan həcəmət: qulaqların arxasından, əmgək ətraflarından, alının üst tərəfindən, ənsə nahiyəsinin üstü və təpədən aparılır.

 

Yaddaşsızlıq, diqqət zəifliyi, təzyiq, şəkər, qulaqlarda səs-küy, depressiya, vitiliqo, xərçəng və xərçəngin profilaktikası, miqren, baş ağrısı, göz xəstəlikləri, zəif görmə, əsəbilik, panik tutma, psoriaz, saç tökülməsi, başgicəllənmə, Alzheymer, üz siniri iflici kimi xəstəliklərə qarşı istifadə oluna bilər.

 

Ürəyin üstü: kürək tərəfdən ürəyin üstünə 3 ədəd qoyulur.

 

Ürəkdöyünmə, ürəkdə ritm pozulması, panik tutma, psixi xəstəliklər, həyəcanlanmalara qarşı istifadə olunur.

 

Kürəklərin arası: bura 3 və ya 4 ədəd banka qoyula bilər.

Tənbəllik, yuxululuq, halsızlıq, yüksək xolesterin, stress, kürək və üzdəki sızanaqlar, təzyiq, ağciyər, mədəaltı vəz xəstəlikləri üçün istifadə oluna bilər. Həmçinin müxtəlif köpmələr, cinsi zəiflik, sonsuzluq, qulunc olmalar, əllərin, qolların keyiməsi, kürəkdə iynəbatma və ya qarışqa yeriməsinin hiss edilməsi, bədəndə müxtəlif səpgilər, sızanaqlar zamanı faydalıdır.

 

Onurğa fəqərələrinin üstü: 4-5 ədəd banka qoyulur.

Boyun, döş, bel fəqərələrinin yırtığı (3 seans), fəqərələrin osteoxondrozu (3 seans), ağciyər xəstəlikləri, təngnəfəslik, astma, bronxit, qırmızı qurdeşənəyi, mədə xəstəlikləri, qaraciyər piylənməsi, böyrək xəstəlikləri, sidik saxlaya bilməmək, qaşıntı, ekzema, psoriaz, vitiliqo, ishal və qəbizlik üçün istifadə oluna bilər.

 

Bel və büzdüm nahiyəsi: 3-4 ədəd banka qoyulur.

Bel yırtığı, radikulit, sonsuzluq, cinsi zəiflik, qadınlarda aybaşı pozulması, klimaks dövrü pozulmaları, oturaq sinir iltihabı, damar daralması, babasil zamanı istifadə oluna bilər.

 

Qol və ayaq nahiyəsinə edilən həcəmət

Revmatizm, revmatoid poliartrit, əllərdə, qollarda, ayaqlarda qıcolmalar, qol və ayaqlarda ağrılar, burxulmalar, oynaqlarda maye toplanması və ya oynaq mayesinin azalması, varikoz genişlənmələr, ayaqlarda sağalmayan trofik yaralar, şəkər xəstəliyinə qarşı istifadə oluna bilər.

 

Bütün bu halların müalicə və profilaktikasında həcəmət çox xeyirlidir, çünki həcəmət zamanı həmin nahiyədə qan durğunluğuna səbəb olan çirklənmiş qan çəkilib atılır və yerinə yeni, oksigenlə zəngin, təmiz, duru qan gəlir, bu da həmin nahiyələrin öz-özünü bərpa etməsini gücləndirir. Həcəmət dərini gözəlləşdirir, çünki qan dövranı yaxşılaşır. Həcəmət insanın əhvalını çox yaxşılaşdırır, çünki qan toksinlərdən təmizlənir. Həcəmətlə qan təzyiqini tam normada saxlamaq olur. Həcəmət etdirən insan heç vaxt infarkt və insult keçirmir.

 

 

Fitoterapevt Dr. Fizuli HÜSEYNOVUN bloqundan