Dondurmanın faydaları və zərərləri

Dondurmanın faydaları və zərərləri

Araşdırmalar nəticəsində belə qənaətə gəlinmişdir ki, dondurma 17-ci əsrdə Fransada yaranmışdır. Ancaq bir rəvayət də var ki, 13-cü əsrdə Roma imperatoru qarları meyvə şirəsi ilə şirinləşdirmək üçün dağlara meyvə suları göndərmişdir. Onun hazırlama ideyası bəzi iddialara görə 1903-cü ildə bir italiyan tərəfindən icad edilmiş və patentləşdirilmişdir. Amma 1904-cü ildə St. Louis World Fair, suriyalı vafli satıcısı dondurma satıcısına kömək etmək üçün xəmiri konus halına gətirdi və bunu populyarlaşdırdı. Beynəlxalq Süd Yeməkləri Dərnəyinə görə, bu gün orta hesabla bir amerikalı ildə təxminən 20 litr dondurma yeyir.

Ən çox satılan  növləri bazarın 33 faizini təşkil edən vanilli və 19 faizini təşkil edən şokoladlı növləridir. İyun, iyul və avqust dondurmanın ən çox istehsal və istehlak olunduğu aylardır. ABŞ dünyada ən çox dondurma istehsal edən ölkədir. Kaliforniya Amerikanın ən böyük dondurma istehsal edən əyalətidir. ABŞ iyul ayını Milli Dondurma Ayı olaraq qeyd edir. Kanadada qışda  yazdan daha çox satılır. Süddən hazırlanan bir desert olan dondurmanın proteini olduqca yüksəkdir. A vitamini, B vitaminləri, kalsium, fosfor, maqnezium və kalium kimi maddələrlə də zəngindir.

Bu səbəbdən dondurma əzələlərin nizamlı işləməsini dəstəkləyir, beləliklə, toxuma itkisinin qarşısını alır. Onu soyuq qış aylarında da asanlıqla yeyə bilərsiniz. Qidalanma və diyet mütəxəssisləri çox soyuq qidaların həzmi çətinləşdirən, xüsusən də qaza səbəb olan xüsusiyyətə sahib olduğunu vuğulayırlar. Yüngül bir temperatur artımı ilə udmaq həzm sisteminə kömək edəcək və həzm pozğunluğu kimi problemlərin inkişafının qarşısını alacaq. Dadlı dondurma zülal, kalsium, A vitamini, B12 vitamini, C vitamini və maqnezium kimi bir çox vitamin və minerallar sayəsində şəfa verir. Unutmayın ki, onun tərkibində şəkər var! Məsələn, 2 xörək qaşığı dondurma yeyərkən, təxminən 2,5 xörək qaşığı şəkərə bərabər olan karbohidrat alırıq.

Dondurma xeyrlidirmi?

Sağlam qidalanaraq xəstəliklərdən qorunmağımızda çox əhəmiyyətli rol oynayan immun sistemimizi daim dəstəkləməliyik. A vitamini və zülal tərkibi sayəsində dondurma immunitet sisteminin işinə kömək edir və dişləri gücləndirir. Belə ki, dondurmanın tərkibində olan fosfat dişlərin, diş əti və sümüklərin sağlamlığını qoruyur. Ancaq karies meydana gəlməsinin qarşısını almaq üçün  yedikdən sonra dişlərin mütləq şəkildə fırçalanması çox vacibdir. Süd, meyvə və şokoladlı dondurmalar kaliumla zəngindir. Kalium ürək sağlamlığı üçün çox vacib bir mineraldır. Bundan əlavə, kalium bədənin elektrolit balansında mühüm rol oynayır. Əzələləri qoruyur, içindəki maqnezium sayəsində bədəndəki turşu-əsas balansını tənzimləməyə kömək edir. Əzələ və sinir sistemi üçün kalsium əvəzolunmazdır. O, əzələlərin yığılmasına, maqnezium isə rahatlamağa kömək edir ki, bu xüsusiyyətə görə bağırsaqların işləməsi üçün də çox əhəmiyyətlidir. Bütün bunlara əlavə olaraq, maqnezium qan təzyiqini tənzimləmək kimi 300-dən çox metabolik reaksiyada iştirak edir və damar elastikliyini təmin edir. Xüsusilə şokoladlı dondurma yüksək maqnezium ehtiva edir və 2 qaşıq dondurma ilə gündəlik maqnezium ehtiyacınızın 10-15 faizini ödəyə bilərsiniz. Vitamin B2 olaraq da bilinən riboflavin tərkibi ilə dondurma bədənimizdə enerji istehsalını dəstəkləyir. Riboflavin selikli qişanı qorumaq və dərinin bərpasına kömək etmək kimi xüsusiyyətlərə də malikdir.

Dondurmanın faydaları ilə yanaşı orqanizmə zərərli təsirləri də məlumdur. Belə ki, yay ayları çox isti olduğu üçün dondurmanın yeyilməsi qəlfətən ağız boşluğu, əsnək, udlaq və qırtlağın soyumasına səbəb olur ki, bu da qısa zaman kəsiyinda yuxarı ənəffüs yollarının itihabi xəstəlklərinin inkişaf etməsinə gətirb çıxarır. Bildiyimiz kimi, dondurmaların hazırlanmasında çiy yumurtadan istifadə olunduğuna görə bağısaq infeksiyaları, qida toksikoinfeksiyaları və digər qida zəhərlənmələri qaçınılmazdır.

https://fizulihuseynov.com/

https://herba-flora.com