Diş və dişətinin xəstəlikləri.

Diş və dişətinin xəstəlikləri.

Sağlam dişəti görünüşü.

Sağlam dişətləri özbaşına və ya fırçalama  zamanı qanamayan, açıq çəhrayı rəngli, bıçaq arxası kimi incələrək bitən, şişməmiş bir görünüşə malikdir.

Dişəti xəstəlikləri nə üçün baş verir?

Hər kəsdə dişlərin bütün səthlərində, dişlər arasında və dişəti qovşağında mikrobial diş lövhəsi adlanan yumşaq bir bakterial təbəqənin yığılması müşahidə olunur. Bu lövhə diş fırçası və diş ipi ilə kifayət qədər təmizlənə bilmədikdə, zərərli bakteriya növlərinin yaşamasına və zərərli bakteriyaların tədricən çoxalmasına səbəb olur. Bakteriyalar tərəfindən yaranan zərərli maddələr diş ətlərində iltihaba və dişləri əhatə edən sümüyün əriməsinə səbəb olur. Bundan əlavə, mikrobial diş lövhəsi zamanla sərtləşir və diş daşına çevrilir. Kobud bir quruluşa sahib olan diş daşı üzərində daha çox lövhə yığılır və dişəti xəstəliklərinin inkişafı sürətlənir. 

Dişəti xəstəlikləri hansılardır və necə təyin olunur?

Dişəti xəstəliyi sadə dişəti iltihabı (gingivit) ilə başlayır. Gingivitin ən aşkar forması diş əti qanamasıdır. Müalicə edilmədiyi təqdirdə, çənə sümüklərinin zamanla əridiyi, dişlərin silkələnərək itməsi ağır infeksiyalara (periodontit) qədər irəliləyə bilər. Xəstəlik zamanı diş ətləri şişir, qızarır, qan axır və geri çəkilir. Dişlər uzanır, yerini dəyişir, boşluqlar meydana gəlir, dişlər yellənməyə və sallanmağa başlayır, ağız qoxusu baş verir. Siqaret çəkənlərdə nikotinin damarlara təsiri nəticəsində qanama daha az hiss edilir, bu da xəstəliyi gizlədərək hiss edilməsinə mane ola bilir.

Dişəti xəstəliyinin başqa səbəbləri varmı?

Əsas səbəb mikrobial diş lövhəsi olsa da, siqaret, diabet və irsi faktorlar xəstəliyin ortaya çıxmasını asanlaşdıran risk amilləridir.

Dişəti xəstəliyi ilə ümumi sağlamlıq arasında bir əlaqə varmı?

Ağız bir çox cəhətdən bədənin ümumi sağlamlığının aynasıdır. Dişəti xəstəlikləri hər nə qədər dişlər üzərində lövhə yığılması səbəbilə ortaya çıxsa da, bəzi sistem xəstəlikləri diş ətrafındakı toxumalara təsir edir. 

Nəzarət altında olmayan diabet dişəti xəstəliyinin artmasına səbəb olur.  Digər tərəfdən, dişəti xəstəlikləri ümumi sağlamlığı təhdid edir. Periodontal xəstəliklər ilə ürək xəstəliklərinin ortaya çıxma mexanizmləri oxşardır və ağızda infeksiya olan insanlarda infarkt nisbəti infeksiya olmayanlara nəzərən daha yüksəkdir. Nəzarətsiz diabetli xəstələrdə dişəti xəstəliyinin müalicəsi diabetə müsbət təsir göstərir. Bundan əlavə, dişəti xəstəlikləri hamilə qadınlarda erkən doğum kimi problemə səbəb ola bilər.

Dişətindəki xəstəliklər irsidirmi ?

Bəzi dişəti xəstəlikləri irsidir. Bir sıra insanlar dişəti xəstəliyinə daha çox meyillidirlər. Yaxşı ağız baxımı və mütəmadi stomatoloq nəzarəti olan şəxslərin əksəriyyətində dişəti xəstəliklərinin qarşısı alına bilər. Ağız boşluğunun selikli qişasında iltihabi proses əmələ gətirən patogen mikroorqanizmlərə bakterisid, dezinfeksiyaedici təsir göstərmək, iltihabın sorulması və regenerasiyanı sürətləndirmək məqsədilə Stomanginoldan istifadə edə bilərsiniz.

http://fizulihuseynov.com/