fbpx
Close

Dil xərçəngi

Dil xərçəngi

Dil həzm traktının giriş qapısı olan ağızda yerləşir və güclü əzələlərdən ibarətdir. Çeynəmək, udmaq, həzmə başlamaq, danışmaq və dadbilmə kimi funksiyaları olan bir orqandır. Digər orqanlar kimi dil xərçəngi də tez-tez rast gəlinən bəd xasli xəstəlikdir. Xərçəng, bədənin müəyyən strukturlarını əhatə edən və epitel toxuma kimi tanınan təbəqələrdəki hüceyrələrdən başlayaraq yayılan bədxassəli bir şiş olaraq təyin olunur. Vücudun bir çox toxumasında olduğu kimi bəzən də şişlər dildə görülə bilər. Ağız və dil xərçəngləri dodaqlarda, dildə və ya diş ətlərində olur və ümumiyyətlə 45 yaşdan yuxarı kişilərdə tez-tez rast gəliniir. İnsanların xərçəng növləri və simptomları haqqında məlumatlandırılması çox vacibdir, çünki bu simptomları şəxsən anlayan kimi həkimə müraciət etmək və diaqnozu qoymaq çox vacibdir. Erkən diaqnoz xərçəng növlərində çox əhəmiyyətli bir yerə malikdir.

Dil və ağız içi şişlərin növləri

Dildə rast gəlinən bəzi şişlər papillomalar, fibromalar və qranulomalar adlanır ki, bunlar xoşxassəli şişlərdir.

1.Skuamöz Hüceyrə (Epidermoid) Xərçəngi: Dilin səthindəki epitel qatında ən çox görülən şiş növüdür. Bu xərçəng növü də baş və boyun bölgəsində görülən ən çox görülən şiş növüdür. Baş və boyun bölgəsində şişlərin görülə biləcəyi sahələrə burun, ağız boşluğu, boğaz və qırtlaq aiddir.

2.Mukoepidermoid Xərçəng: Dilin səthindəki epitel toxumasında mikroskopik ölçüdə tüpürcək zi hüceyrələrində görülən şiş növüdür. Dildən başqa, baş və boyun bölgəsindəki müxtəlif orqanların epitel toxumalarından da əmələ gələ bilər. Bu şiş ağız boşluğuna açılan, parotid (qulağın qarşısında), submandibular (çənənin altında) və dilaltı (dilaltı tüpürcək vəziləri) bölgələrdə də meydana gələ bilər. Bu növ xərçəngdə simptom ümumiyyətlə şişkinlikdir.

3.Adenosistik Xərçəng (Adenoid kistik xərçəng): Mukoepidermoid xərçəng tipində olduğu kimi, dilin səthindəki epitel toxumasında mikroskopik ölçüdə olan tüpürcək vəzi hüceyrələrində görülür. Mukoepidermoid xərçəng növünün görülə biləcəyi bölgələrdə meydana gəlir və buna bənzər bir simptom da əsasən şişlik olaraq görülür.

Bütün ağız xərçəngləri arasında dil xərçənginə tutulma tezliyi 3%-dir. Ağız xərçəngləri arasında ən çox rast gəlinən dodaq xərçəngidir, ancaq dil xərçəngi ikinci yerdədir. 40 yaşınadək şəxslərdə görülmə ehtimalı çox azdır, ancaq 60-70 yaşdan sonra xəstəliyə tutulma tezliyi tədricən artır. Kişilərdə qadınlara nisbətən daha çox görülür. Bunun səbəbi kişilərdə siqaret və alkoqol istifadəsinin qadınlara nisbətən daha çox olmasıdır.

Dil xərçənginin yaranma səbəbləri

Dil xərçənginin necə yaranmasını bilmək vacibdir. Bu ağız boşluğuna düzgün qulluq etməmizə və xərçəng riskini azaltmamıza yardım edər. Dil xərçəngi, ümumiyyətlə dilin səthindəki epitel hüceyrələrində meydana gələn ağız xərçəngidir. Dili və bu toxumaları meydana gətirən hüceyrələri təşkil edən fərqli funksiyaları olan toxumaların nəzarətsiz böyüməsi və çoxalması nəticəsində ətrafdakı toxumaları və hüceyrələri zədələyərək böyüyür. Dildə meydana gələn bu şiş erkən dövrdə fərq edilməzsə və müalicəyə başlanılmazsa, boyundakı limfa düyünlərinə və ya bədənin müxtəlif orqanlarına yayılma (metastaz) riski var və bu halda, xəstəlik daha da ağırlaşır. Bu riskin qarşısını almaq üçün mütəxəssislər tərəfindən xərçəng növləri haqqında kifayət qədər məlumat sahibi olmalı və mütəmadi olaraq müayinələrdən keçməliyik. Bu şəkildə erkən diaqnoz qoyma ehtimalımız artır.

Ağız xərçənginin ilkin mərhələlərində bəzən simptomlar yox olur və ya çox mülayim olur, buna görə diaqnoz qoymaq çox çətindir. Bu səbəbdən ağız və dil xərçəngləri təhlükəli xərçəng növləri arasındadır və ən çox rast gəlinən xərçəng növləri arasında 8 -ci yerdədir. Siqaret çəkən və ya spirtli içki qəbul edən insanların bu xərçəngə yoluxma ehtimalı daha yüksəkdir. Buna görə simptomlara daha diqqətli olmaq tövsiyə olunur. Dil xərçəngi ağızda ən çox görülən xərçəng növüdür. Dildən başqa ağız boşluğunda da xərçəng görülə bilər – dilaltı, diş əti və çənə sümüyü, yanaq, badamcıqlar, sərt və yumşaq damaqlar – dilçək və ya dodaq hissələri.

Dil və ağız şişlərinin və ya xərçənginin səbəbləri siqaret və ya fərqli tütün məmulatlarının tez -tez istifadəsi və daimi və həddindən artıq spirt qəbuludur. Dildə, ümumiyyətlə yan tərəfində, həftələr və bəzən aylarla davam etməyən qırmızı-ağ yamaqlı bir yara və ya eroziyanın olması, digər yaralardan fərqli olaraq zaman keçdikcə ciddi bir vəziyyətə çevrilir, Dildəki yara zaman keçdikcə ağrıya səbəb olur və bəzən bu ağrı da qulağa irradiasiya edir, yemək yeyərkən və ya çeynəyərkən ağrı, dilin toxumasında sərtləşmə hissi, nəfəsdən pis qoxunun gəlməsi. Bəzən dildə və ya ağızdakı müəyyən yerlərdə uyuşma hiss etmək, şəxsin səsindəki dəyişikliklər, səbəbsiz kilo itkisi, baş və ya boyun nahiyəsində kütlə əmələ gəlməsi, boyun bölgəsindəki limfa vəzlərində böyümənin müşahidə olunması da xərçəngin simptomlarına aiddir. Ağız açılması zamanı ortaya çıxan çətinliklər ağrı hissi kimi qəbul edilə bilər.

Dil xərçənginin müalicəsi

 

Özündə bu simptomları görən hər kəs ən qısa zamanda bir otorinolaringoloqa müraciət etməlidir. Həkim şübhələnirsə, biopsiya testi tələb olunur və nəticəyə görə diaqnoz qoyulur. Həkim biopsiya nəticələrində dil xərçəngi diaqnozu qoyarsa, bu xərçəngin bədənin müxtəlif toxumalarına, şişin ölçüsünə və şişin mərhələsinə yayıldığını yoxlamaq üçün bəzi testlər aparılır. Bu mərhələdə istifadə edilə bilən müayinə üsulları ultrasəs, komputer tomoqrafiya (KT) və ya MRT olaraq bilinir. Bu görüntüləmə nəticəsində insana tətbiq edilməli olan müalicə mütəxəssis həkim tərəfindən aparılır.

Dil xərçəngi müalicə edilə bilən bir xərçəng növüdür, lakin bütün xərçəng növlərində olduğu kimi bu xərçəng növündə də erkən diaqnoz çox vacibdir. Dil xərçəngində ilk və əsas müalicə olaraq cərrahi üsul ağla gəlir. Bu cərrahi üsulla şişlərin çıxarılması həyata keçirilir. Bununla birlikdə, dil xərçəngi inkişaf etmiş bir mərhələdədirsə və ya görüntüləmə nəticəsində fərqli bölgələrə yayılarsa, radiasiya müalicəsi və ya kimyaterapiya müalicəsi tələb olunur. Belə hallarda cərrahi üsula ümumiyyətlə radiasiya müalicəsi və ya kimyaterapiya əlavə olunur. Tətbiq olunan müalicə variantlarında, xərçəngin erkən mərhələsində diaqnozu qoyulan, metastaz verməmiş və ümumi vəziyyəti yaxşı olan xəstələrdə ən səmərəli nəticələr əldə edilir. Bu məlumatları öyrənməklə hər bir şəxs özünün və ətrafında olan yaxınlarının vaxtında həkimə müraciət etməsinə kömək etmiş olar.

https://fizulihuseynov.com/

https://herba-flora.com/