Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Enerjili olmaq üçün 7 Məsləhət

Mündəricat

Enerjili olmaq üçün 7 Məsləhət

Mütəxəssislər zehni yorğunluq və yaddaş zəifliyinin qidalanma, həyat tərzi və idmandan çox asılı olduğunu söyləyir. İdeal çəki, normal həyat sürmək və idmanla məşğul olmaq həmin amillərin aradan qalxmasında və orqanizmin enerjili olmasında mühim rol oynayır.

Tam güclü və enerjili olmaq üçün bir sıra məsləhətlərə əməl edilməlidir:

1. Qida

Ən yaxşısı, gündə 5-6 dəfə qidalanmaqdır. Hər gün səhər yeməyi yeyilməlidir. Bir ədəd alma və ya banan, südlə və ya yoqurtla bulka qəlyanaltı etmək olar. Nahar doyumlu olmalı, özündə çörəyi, düyünü, makaron məmulatlarını, kifayət qədər süd məhsullarını, balıqyağsız əti birləşdirməli, təzə meyvə, tərəvəzgöyərtidən çox istifadə edilməlidir.

2. Yuxu

Yatmağa 3 saat qalmış alkoqol, nikotin və tərkibində kofein olan içkilər – çay, kofetoniklərdən imtina edilməlidir. Yaxşı olar ki, bal və ya südlə sakitləşdirici bitki dəmləmələri içilsin. Yataq otağı nə qədər sərin olsa, yuxulamaq bir o qədər asan, yuxu bir o qədər dərin və yaxşı olur.

3. Gözlərin istirahəti

Fokusu dəyişmədən uzun müddət bir nöqtəyə baxdıqda göz əzələlərinin gərginləşməsi yorğunluğa səbəb olur. Kağızlarla və ya kompüterlə işlədikdə müntəzəm olaraq gözə istirahət verilməlidir ki, onlar fokusu dəyişə bilsinlər və gərginlikdən qurtarsınlar. Bunun üçün hər 30 dəqiqədən bir 3-4 dəqiqə uzağa və ya ətrafa baxmaq lazımdır.

4. Maye qəbulu

Gün ərzində su və şirələr – səhər acqarına su içməklə başlamaqla gün ərzində azı 1.5 litr su qəbul etmək lazımdır.

5. Rasionda dəmir

Həftədə üç porsiya mal və qoyun ətinin qida rasionunda olması orqanizmi lazım olan miqdarda dəmirlə təmin edir. Tünd-yaşıl tərəvəzlərin, çuğundur, ispanaqkələmin də tərkibində dəmir var. İmmunotea çayının vitamin C ilə zənginliyi təbii immunitetin artmasına gətirib çıxarır. Vitamin C dəmirin mənimsənilməsinə, kalsium isə əksinə təsir edir.

6. Qaraciyərə diqqət

Qaraciyər orqanizmi hava və qida ilə daxil olan hər cür zərərli maddələrdən təmizləyir. Həddindən artıq gərgin işlədikdə özümüzü xəstə və zəif hiss edirik. Profilaktik olaraq Hepartea çayı yaxud Hepanat şərbətini içmək faydalıdır. Çoxlu antioksidantlar qəbul etmək lazımdır.

7. Özünə yüksək qiymət

Özündən narazılıq və özünü qiymətləndirməmək çox vaxt xroniki yorğunluğa səbəb olur və depressiyaya gətirib çıxarırsa, psixoloqa müraciət etmək olar. Digər çıxış yolu təzə paltar almaq, bərbərxanaya getmək, səyahətə çıxmaq və s.-dən ibarətdir. Bundan alınan məmnunluğa beyində hazırlanan xüsusi maddə səbəb olur və bu antidepressantsız da əhval-ruhiyyənin yüksəlməsinə kömək edir.

Elnur RƏHİMOV,
Həkim-fitoterapevt 

Yazı ilə əlaqəli məhsullarımız