Diabet nədir?

Diabet nədir?

Diabet – Pankreasın (mədəaltı vəzin) lazımi miqdarda insulin hormonun istehsal edə biləməməsi və ya istehsal etdiyi insulinə qarşı hüceyrə müqavimətinin yaranması nəticəsində baş verən xroniki xəstəlikdir. İnsulin mədəaltı vəzin istehsal etdiyi hormondur, qlükozanı toxumalara daşıyır. Nəticə etibari ilə insanın yediyi qidalar qana keçən şəkəri yəni qlükozanı istifadə edə bilmir və qan şəkəri yüksəlir (hiperglikemiya). Bu hal uzun müddət sonra bir sıra orqanlarda problemə səbəb ola bilər.

Diabetin tipləri.

1. Tip 1 diabet və ya insulindən asılı olan diabet

2. Tip 2 diabet və ya insulindən asılı olmayan diabet

3. Hamiləlik diabeti və ya gestasion diabet.                                                                                                         

 

Tip 1 şəkər xəstəliyinin əsas göstəriciləri: ağızda quruluq, susuzluq hissi, tez-tez sidiyə getmə, yorğunluq və halsızlıq, tez-tez aclıq hissiyatı, çəki itkisi, gözün görmə zəifliyi, əl və ayaqlarda hissiyyatın azalması və ya uyuşma.

İnsulin əskikliyə ilə bağlı olaraq qanda toplanan şəkər sidiklə xaric olduğu halda orqanizimdə olan suyu çəkdiyi üçün sidiyə getmə miqdarı artmağa başlayır. Bu halda susuzluq hissi və ağızda quruluq artır. Nəticədə xəstə normaldan çox sidiyə gedib daha çox su içməyə başlayır.

Qəbul edilən qidalardan istifadə edə bilməyən bədən hüceyrələri enerji mənbəyi olaraq depolardakı yağları istifadə etməyə başlayır və insan arıqlayır.

Hüceyrələrdə enerji (şəkər) çatışmazlığı səbəbindən xəstə özünü yorğun və halsız hiss edir.

Qandakı şəkərin səviyəsi çox yüksək olduqda bədənin bütün toxumalarından, həmçinin göz dibindən də su çəkilir. Bu səbəblə bulanıq görmə problemi ortaya çıxır.

Tip 2 şəkər xəstəliyinin əlamətləri:

Tip 2 şəkər xəstəliyinin əsas göstəriciləri: tez-tez sidiyə getmə, ağızda quruluq, çox su içmə, aclıq hissi, dəri yaralarının gec sağalması, dəridə quruluq və qaşınma, tez-tez infeksiya əmələ gəlməsi, əl və ayaqlarda uyuşma və hissiyyatın azalması. Ancaq bu əlamətlər zaman keçdikcə ortaya çıxır.

Hamiləlik diabeti və ya gestasion diabet.

Hamiləlikdən öncə lazımi qədər insulin ifraz edən pankreas hüceyrələri hamiləliyin irəliləməsilə lazımi insulini çatdıra bilmir, bu səbəbdən hamiməlikdən öncə şəkər xəstəliyi əlaməti olmadığı halda hamiləlik müddətində qan şəkəri yüksələ bilir. “Gestasion Diabet” olaraq adlandırılan bu hal, doğuşdan sonra normaya düşür.

Ümumiyyətlə ailəsində çox sayda şəkər xəstəsi olanlar, 30 yaşdan yuxarı, artıq çəkidə olan hamilələr diabet baxımından riskli hesab olunur. Gestasion diabet doğuşdan sonra adətən düzəlir ancaq sonra baş verən hamiləliklərdə təkrarlanama riski yüksək olur (təqribi 50%).

Bəs gizli şəkər (pre-diabet) nədir?

Qan şəkəri normadan yüksək olduğu halda şəkər xəstəliyi diaqnozu qoyula biləcək qədər yüksək deyilsə bu halda həmin şəxsə gizli şəkərli diabet xəstəsi deyilir. Bəzi araşdırmalar gizli diabetli insanların çoxunun 10 il ərzində tip 2 diabet xəstəliyinə keçdiyini aşkar etmişdir. Gizli şəkər xəstəsi olan şəxslərdə ürək və damar xəstəliyi riski qan şəkəri normal olan şəxslərlə müqayisədə 1,5 qat daha çoxdur. Şəkər xəstəliyi olan şəxslərdə isə 2-4 qat artıqdır. Gizli şəkər xəstəliyi olan insanlar həyat tərzi dəyişikliyi sayəsində şəkər xəstəliyinin qarşısını ala bilər və ya gecikdirə bilərlər.

Şəkərli diabetin müalicəsi və hətta qarşısının alınması üçün xalq təbabətində bir çox bitkilər istifadə olunur. Zəncəfil kökü, sarımsaq, darçın, zeytun yarpağı və qaragilə və s.