Dəniz suyu haqqında

Dəniz suyu haqqında

Dəniz suyunun insan sağlamlığı üçün faydaları sonsuzdur.
• İmmunitet sistemini gücləndirir;
• Dərini canlandırır;
• Yuxunu tənzimləyir və stresi azaldır;
• Soyuqdəymə, qrip və yuxarı tənəffüs yolları xəstəliklərinin qarşısını alır;
• Zehni təzələyir.


Dəniz suyu insan orqanizminin sağlamlığı üçün bir çox faydaları özündə cəmləşdirir. Tərkibindəki minerallar sayəsində çox sayda xəstəlikləri müalicə etdiyi məlum olan dəniz suyu qədim misirlilər tərəfindən də müalicəvi məqsədlə istifadə edilmişdir. Bu məqaləmizdə dəniz suyunun insan sağlamlığı üçün faydalarından bəhs edəcəyik.


1. İnsanın immun sistemini gücləndirir.
Dəniz suyunun tərkibində azot, fosfor, kalium, kükürd, maqnezium və kalsium kimi vacib minerallar və müxtəlif mikroelementlər var. Dəniz suyuna girərkən insan dərisi bu mineralları mənimsəyir və orqanizmdə saxlayır. Günəşdən alınan D vitamini ilə birlikdə immun sistemini gücləndirir və orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır.
2. Dərini canlandırır.
Dəniz suyunda olan mineralların dərinin daha gənc görünməsi üçün əhəmiyyətli bir faktor olduğu bilinir. Həssas və allergik dərini rahatlaşdırdığı, müxtəlif dəri qüsurları üçün bərpaedici və müalicəvi təsir göstərdiyi də məlumdur.
3. Yuxunu tənzimləyir və stresi azaldır.
Dəniz suyundakı maqnezium əzələ və sinir sistemi üçün çox vacib bir mineraldır. Bədən bu elementi dəniz suyundan alanda sakitləşir və stresi azalır. Həmçinin bu mineralın yuxusuzluğu müalicə etməyə kömək etdiyi də məlumdur.
4. Soyuqdəymə, qrip və yuxarı tənəffüs yolu xəstəliklərinin qarşısını alır.
Dəniz suyundakı minerallar soyuqdəymə və qrip kimi mineral çatışmazlığından qaynaqlanan tənəffüs xəstəlikləri üçün yaxşı effekt verir.
5. Zehni və intellekti təzələyir.

Dəniz suyunun digər təsirləri


İnsan mütəmadi təbiətlə təmasda olmalıdır. Meşədə gəzmək, dalğaların və quşların səsini dinləmək zehni həmişə təzələyir və onu canlı saxlayır. Bu səbəbdən dəniz suyu da beyin funksiyalarına təsir edərək əsəbləri sakitləşdirir. Zehin və bədənin daha canlı və aktiv olmasına kömək edir. Bundan əlavə, üzgüçülük bədənin qan dövranını da artırır.
Dəniz suyunun faydaları arasında immunitet sistemini gücləndirmək birinci yerdədir. Dəniz suyu üzərkən bədən tərəfindən asanlıqla udulur. Tərkibində vitamin, mineral, duz, amin turşuları, mikroelementlər var.
Dəri sağlamlığını dəstəkləyir. Stress və depressiya ilə mübarizə aparır.
Bir sıra müalicəvi vasitələrin hazırlanmasında dəniz suyundan istifadə edilir. Məsələn, Herba Floranın Rizin aqua, Nosaqua kimi burun spreylərinin tərkibində dəniz duzu vardır ki, bu da təbii dəniz suyundan xüsusi üsullarla alınır.

https://fizulihuseynov.com/

https://herba-flora.com