Dəniz duzu

Dəniz duzu

Dəniz duzu – günəş şüasının təsiri altında dəniz suyunun buxarlanması nəticəsində alınır. İlk dəfə dəniz duzunu quru və isti Aralıq dənizi sahili (Fransa, İtaliya, İspaniya) və Şərqi Asiya (Yaponiya, Hindistan, Çin) ölkələri istehsal edib. Bu metodla alınan duz minimal işlənməyə və təmizlənməyə məruz qalır. Bu cür duz boz rəngdə olur. Adi xörək duzundan fərqli olaraq dəniz duzu çox miqdarda minerallarla zəngindir. Rafinə olunmuş xörək duzu 99,9% natrium-xloriddən təşkil olunub. Dəniz duzunun tərkibində isə 95-97% natrium-xloriddən, qalan 3,5%-i isə kalsium, kalium, maqnezium, dəmir, sink, selen, yod, manqan, brom, silisium və s. kimi makro- və mikroelementlərdən təşkil olunub.Duz insan orqanizmi üçün həyati vacib əhəmiyyətə malikdir. Mineralların defisiti orqanizmdə maddələr mübadiləsinin pozulmasına və bir çox ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Onun mütəmadi istifadəsi tərkibindəki makro- və mikroelementlər sayəsində bu problemlərin həllinə kömək edir. Kalsiumla zəngin təbii bu duz qanın laxtalanmasında iştirak edir, hüceyrə membranı və sümüklərin formalaşmasında əhəmiyyətli rol oynayır, həmçinin yaraların sağalmasını tezləşdirir.

Dəniz duzunun tərkibi

Dəniz duzunun tərkibi maqneziumla zəngin olduğundan sinir sisteminin işini yaxşılaşdırır. Əzələləri relaksasiya edir, antistress və antiallergik effekt verir. Erkən qocalmanın qarşısını alır. Kalium hesabına su-duz balansını tənzimləyir, bundan başqa ürək fəaliyyətini yaxşılaşdırır. Tərkibindəki yod mikroelementi hesabına dəniz duzu orqanizmdə hormonal balansı tənzimləyir. Belə ki, yod qalxanabənzər vəzin tiroksin və triyodtironin kimi hormonlarının əsas tərkib hissəsi olaraq onun fəaliyyətini yaxşılaşdırır. Mis sayəsində bu duz qanyaranmanı sürətləndirir, anemiyanın qarşısını alır. Tərkibindəki manqan immun sistemi gücləndirir, sümükəmələgəlməyə cəlb olunaraq dayaq-hərəkət aparatını möhkəmləndirir. Selen immun statusu yüksəldərək onkoprotektor rolunu oynayır. Silisiumun hesabına o, qan damarlarına elastiklik verir. Brom sayəsində isə sinir sistemini sakitləşdirir.

Dəniz duzunun faydaları

Təbii ki, bu duz xörək duzuna nisbətən daha faydalı və qiymətli hesab olunur. Eyni zamanda bir sıra xəstəliklərin müalicəsi zamanı daxilə və xaricə, eləcə də kosmetologiyada geniş istifadə olunur. Daxilə qəbul etdikdə  qan dövranını yaxşılaşdırır, çapıq və sıyrıqları sağaldır. Haymorit, revmatizm, artrit və ödemlərin müalicəsində dəniz duzu geniş istifadə olunur. Sinir-psixi xəstəliklər zamanı dəniz duzu sakitləşdirici effekt verir. Mütəmadi qəbul edildikdə  yorğunluğu aradan qaldırır, toksinləri orqanizmdən kənarlaşdırır. Dəri xəstəlikləri, səpgilər və dəri qıcıqlanması zamanı dəniz duzunu xaricə istifadə edirlər. Öz təbii tərkibinə görə dəniz duzu müxtəlif maska və kremlərə əlavə olunur. Dəniz duzu xörək duzuna nisbətən daha duzludur. Bu səbəbdən mətbəxdə xörəklərin hazırlanması zamanı onu xörək duzuna nisbətən az istifadə etmək lazımdır. Dəniz duzu kiçik, orta və böyük ölçüdə xırdalanmış formada olur. Salatlara kiçik, şorbalara, makaron və tərəvəzlərə isə dənələri böyük ölçüdə duz tökülsə daha yaxşıdır. Sağlam olun, Herba Florayla qalın!

https://fizulihuseynov.com/

https://herba-flora.com