Candida göbələyi

Candida göbələyi

Yay gəlir, havalar isindikcə göbələk xəstəlikləri sürətlə çoxalır. Vaginal göbələklər yüksək çirklənmə dərəcəsinə və pis nəticələrə görə, demək olar ki, bütün qadınların kabusudur. Qadınların dördə üçündə rast gəlinən Candida Albicans ən təhlükəli göbələklərdən biridir. Çünki Candida göbələyi genital bölgədən kənarda da ola bilər və bir çox fərqli xəstəliyin səbəbidir.

Candida göbələyi nədir?

Candida adlanan maya göbələklərindən olan Candida Albicans nəmli mühitləri sevir. Bir çox Candida göbələyi ağız, bağırsaq, vagina, yuxarı tənəffüs yollarında və dəri florasında heç bir xəstəlik yaratmadan rast gəlinir, bizimlə birlikdə yaşayır. O, menstruasiya pozğunluqlarından ekzemaya, artıq çəkidən depressiyaya qədər yüzlərlə xəstəlikdə təkanverici rola malikdir. Bununla birlikdə, ən çox yayılmış növ nəmli mühitə görə vagina bölgəsində yerləşən Candida Albicansdır. Yoluxmuş səthlərə və vaginaya toxunmaq, uzun müddət nəmlənmə və adi alt paltarları vaginada Candida göbələyinin rast gəlinmə səbəbidir.

Başlanğıcda qaşınma və qızartı, aktiv xəstəlik halında isə xoşagəlməz və ağır qaşınma ilə yanaşı kəsmiyəbənzər ağ axıntı meydana gəlir. Sidiyə gedərkən yanma, sidiyin toxunduğu bölgələrdə sancma, güclü əzələ ağrısı və cinsi əlaqə zamanı ağrıya da səbəb ola bilər. Kişilər varlığını və yoluxuculuğu simptomlar olmadan davam etdirə bilsə də, bəzən penisin başında və bədəndə qızartı, qaşınma və qıcıqlanma meydana çıxır. Hamilə qadınlar, şəkərli diabetə nəzarət etməyənlər, müxtəlif xəstəliklər səbəbi ilə immuniteti zəifləyənlər və həddindən artıq antibiotik istifadə edənlər daha yüksək risk altındadır.

Candida Albicans göbələyi cinsiyyət bölgəsində yaratdığı infeksiyaya görə sonsuzluğun səbəbi də ola bilər. Bu göbələk növünün infeksiyaları spermanın yumurtaya doğru irəliləməsinə mane olur. Vaginal mühiti mənfi bir şəkildə dəyişdirərək, spermanın sağqalma müddətini qısaldır. Kişilərə də qaşınma və axıntı kimi şikayətlərə səbəb olur, sperma daşınmasının qarşısını alır.

Müalicə prosesində müntəzəm və keyfiyyətli qidalanma və bağırsaq florasına faydalı pəhrizlər tətbiq etmək vacibdir. Normal şərtlərdə kişinin cinsi orqanına yapışa bilməməsinə baxmayaraq, belə bir xəstəlik halında, göbələklər cinsi əlaqə yolu ilə kişiyə, daha sonra isə qadına qaytarıla bilər.

Candida göbələklərinin qarşısını almaq üçün aşağıdakılara əməl edilməlidir:
1. İnfeksiya aradan qaldırılana qədər cinsi əlaqə qurmayın.
2. Dərmanlarınızı mütəmadi olaraq istifadə edin.
3. Həkiminizin tövsiyəsi olmadıqca, cinsiyyət bölgəsi üçün xüsusi şampun, sprey və s. istifadə etməyin.
4. Cinsiyyət orqanını yaxşı qurudun, nəm saxlamayın.
5. Pambıq alt paltarından istifadə edin və tez-tez dəyişin, sintetik alt paltarı geyinməyin.
6. Əgər köksəniz, arıqlayın.
7. Şəkərli qidalardan çəkinin.
8. Bol qatıq yeyin, bəzi qadınlar bunun kömək etdiyini söyləyirlər.
9. Mümkünsə, tez-tez və uzun müddət antibiotik istifadə etməyin.
10. Əgər infeksiya iki ay ərzində təkrarlanırsa və ya müalicəyə baxmayaraq yaxşılaşmırsa, həkiminizlə əlaqə saxlayın.

https://herba-flora.com

https://fizulihuseynov.com/