fbpx
Close

Cənnət xurması

Cənnət xurması

Cənnət xurması çox ləzzətli, şirin və ağızbüzücü dadı olan, qırmızı və narıncının qarışığından ibarətdir. Bu meyvənin sağlamlıq üçün gözəl faydaları vardır. Xurma ağacı ən çox Çin və Yaponiya ölkələrində bitir. Türkiyədə yetişdirilən məşhur meyvələrdən olan xurma Qara dəniz bölgəsində geniş şəkildə istehsal olunur. Azərbaycanda isə ən çox qərb rayonlarında becərilir. Xüsusilə xurmanın yeni körpə fidanları Tərtər meyvə tingliyində becərilərək ölkəmizə yayılır.


Xurma vitamin və minerallar baxımından çox zəngin qidadır. Tərkibində A, C, B1, B2 və B3 vitaminləri, karbohidratlar, fosfor, zülal, kalsium, dəmir, natrium, sellüloza, kalium və maqnezium var. Mütəxəssislər bu meyvənin ürək problemləri və xərçəng kimi ciddi xəstəliklərə qarşı qoruyucu təsirə malik olduğunu vurğulayırlar. Cənnət xurmasının tərkibində müxtəlif antioksidantlar var. Antioksidantlarla xərçəng əleyhinə təsir göstərir. Sərbəst radikallarla mübarizə aparır, ümumi sağlamlığı təmin edir və xəstəliklərdən qoruyur. Sərbəst radikallar sağlam hüceyrələri xərçəng hüceyrələrinə çevirən hüceyrə mübadiləsinin yan məhsullarıdır.

Cənnət xurmasının faydaları

Xurmanın tərkibində isə yüksək səviyyədə A, C vitaminləri, katexin və qallokatexin kimi müxtəlif xərçəng növlərinin qarşısının alınmasına birbaşa kömək edən birləşmələr var. Xülasə, qida rasionuna xurma əlavə etmək sizi xərçəngdən qorumağa kömək edir. İmmunitetin yaxşılaşdırılması və qüvvətlənməsinə göstərdiyi müsbət təsir xurmada yüksək miqdarda C vitamininin olmasındandır. Belə ki, xurma digər meyvələr arasında ən yüksək C vitamini tərkibinə malikdir. Bir xurma gündəlik C vitamini ehtiyacımızın 80 faizini təmin edir. Vitamin C immunitet sistemini stimullaşdırır və gücləndirməyə kömək edir. Digər tərəfdən yüksək miqdarda C vitamini ilə xurma toksinlərə qarşı müdafiə xəttini təşkil edən ağ qan hüceyrələrinin istehsalını artırır.

Cənnət xurması əla lif mənbəyidir, belə ki, bir xurma gündəlik lif ehtiyacımızın 20 faizini ödəyir. Tərkibindəki yüksək liflə həzm sistemini dəstəkləyir, onu kolorektal xərçəng və digər bu kimi xəstəliklərdən qoruyur. Digər tərəfdən, arıqlamağa da kömək edir. Xurma mədə problemlərinə də yaxşı təsir göstərir. Xüsusilə qastrit problemi olanlara tövsiyə olunur. Xurmadakı vitamin və minerallar stresin azaldılmasında, Alzheymer xəstəliyinin qarşısının alınmasında, qırış və yaş ləkələri ilə mübarizədə böyük rol oynayır.Gərginliyi azaldır. Yüksək təzyiq problemi olanlar üçün də mükəmməldir. Cənnət xurması xolesterini aşağı salma xüsusiyyətinə malikdir. Digər tərəfdən, xurma anemiyanın müalicəsində də istifadə olunur. Xurmanın tərkibində B kompleks vitaminlərindən biri olan zeaksantin var.


Bu, antioksidant maddə kimi tanınır və göz sağlamlığını dəstəkləyir. Mövzu ilə bağlı araşdırmalar bu birləşmənin makula degenerasiyası, gecə korluğu və kataraktanı azaltdığını göstərir. Xurma mis mineralı ilə də zəngindir. Bu xüsusiyyəti ilə qan hüceyrələrinin əmələ gəlməsinə kömək edir və təzyiqi aşağı salır. Digər tərəfdən, xurma kaliumla zəngin bir meyvədir. Kalium qan təzyiqini aşağı salan və bədənə qan axınını təmin edən vacib bir komponentdir. Mütəxəssislər hipotoniya, yəni təzyiqi aşağı olanlara xurmanı məsləhət görmürlər. Onu necə istehlak etməyin müxtəlif yolları vardır. Bu dadlı meyvəni pəhrizinizə daxil etməyiniz əsas yollardan biridir. Siz sadəcə olaraq xurmanın qabığını soyub dilimləyə bilərsiniz və ya səhərlər yulaf yarmasına, salatlarınıza qata bilərsiniz. Bunlara əlavə olaraq, smuzilərinizə xurma əlavə edə, tort və desertlərinizi şirinləşdirmək üçün xurmadan istifadə edə bilərsiniz.

https://fizulihuseynov.com/

https://herba-flora.com/