HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Dəniz kələmi nədir və təsiredici xüsusiyyətləri nələrdir?

Mündəricat

Dəniz kələmi nədir?

Dəniz kələmi, elmi adı Laminariya, adətən böyük ölçülü, qəhvəyi rəngli yosun dəniz yosunudur. Şərqi Asiya ölkələrindən Çin, Yaponiya və Koreyada çox məşhurdur. Həm qida, həm də dərman məqsədilə istifadə olunur. Dəniz kələminin tərkibində orqanizm üçün faydalı olan minerallardan yod, kalium, natrium, kükürd, mis, maqnezium, dəmir, fosfor və A, B1, B2, B12, C, D, E vitaminləri vardır. Bundan əlavə, dəniz kələminin tərkibi pantoten və fol turşuları, proteinlər, amin turşuları və bitki lifləri ilə zəngindir.

Cəmi 40 qram dəniz kələmi insan orqanizminin yoda olan gündəlik tələbatı ödəyir. Qeyd etmək lazımdır ki, dəniz kələmi bədən tərəfindən asanlıqla mənimsənilir.

Dəniz kələminin xüsusiyyətləri:

Maddələr mübadiləsini sürətləndirir
Boy artımını təmin edir
Əqli inkişafa müsbət təsir göstərir
Arterial təzyiqi tənzimləyir
Yaddaşı yaxşılaşdırır
Diqqəti artırır
Çəki azalmasını dəstəkləyir
Qocalmanı ləngidir

Dəniz kələminin müalicəvi xüsusiyyətləri:

Elmi araşdırmalar göstərmişdir ki, dəniz kələmi algin turşusu və onun duzları ilə zəngindir. Bunlar bədəndən toksinləri xaric edir və bağırsaqlarda normal mikrofloranın inkişafına müsbət təsir edir. Bundan əlavə, kələm yüngül işlədici təsirə malikdir və tez-tez qəbizlikdən əziyyət çəkən insanlar üçün tövsiyə olunur. Dəniz kələmi mədə və bağırsaqlarda şişir, bu da peristaltikanın artımına səbəb olur. Həmçinin, sağlam bağırsaq mikroflorasını saxlamaq üçün “yaxşı” bakteriyaların qida maddələrinə ehtiyacı var və dəniz kələminin tərkibindəki qısa zəncirli yağ turşuları bu ehtiyacı ödəməyə kömək edir.

Dəniz kələminin tərkibindəki fukoksantin maddəsi qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir. Alimlərin araşdırmaları sübut edib ki, dəniz kələminin müntəzəm istehlakı diabetin inkişaf riskini azalda bilər. Dəniz kələmi liflə zəngindir. Müvafiq olaraq, dəniz kələmi lif tərkibinə görə bütün digər tərəvəzləri üstələyir. Tərkibində yüksək miqdarda pəhriz lifi olan yeməklərin müntəzəm istehlakı qidanın həddən artıq qəbuluna imkan vermir və uzun müddətli toxluq hissi yaradır. Dəniz kələmi xüsusilə piylənməyə meyilli insanlara tövsiyə olunur, çünki yağların bağırsaqlarda udulmasının qarşısını alır və piy hüceyrələrinin parçalanmasına səbəb olur. Dəniz kələmi hüceyrələrin bərpası proseslərini sürətləndirən, onların qocalmasını ləngidən və orqanizmin öz immunitetini aktivləşdirən antioksidantlarla zəngindir.

Dəniz kələminin tərkibində yod çox olduğundan qalxanabənzər vəz xəstəliklərində istifadə edilir. Orqanizmdə yod çatışmazlığı qalxanabənzər vəz toxumalarında tiroid hormonlarının istehsalını pozur. Bu isə beyin inkişafındakı ləngimədən tutmuş əzələ, qaraciyər, böyrək və ürək funksiyalarının pozulmalarına qədər gətirib çıxarır. Dəniz kələmi həmçinin tirozin adlı əvəzolunmaz amin turşusu ilə zəngindir, bu da tiroid hormonlarının istehsalında birbaşa rol oynayır.

Tərkibində yüksək miqdarda yod olması və qalxanabənzər vəzə faydalı təsiri sayəsində dəniz kələmi haqlı olaraq qadın sağlamlığı üçün ən vacib məhsullardan biri hesab olunur. Həkimlər tiroid vəzi qadın hormonal sisteminin dirijoru adlandırır, çünki orqan və sistemlərin əlaqəli işi əsasən ondan asılıdır. Dəniz kələminin qadınlarda hamiləlik dövründə körpədə patologiyaların inkişaf riskini azaltmaq üçün qida rasionuna daxil edilməsi tövsiyə olunur.

  • “Herba Flora” şirkəti dəniz kələmini tək şəkildə istehsal edir.

http://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız