Çiyələk yarpağı
Çiyələk iyirmidən çox növü olan bir bitkidir. Çiyələk yarpağının insan orqanizmi üçün faydalı xüsusiyyətləri olduqca çoxdur. Onun tərkibi yüksək miqdarda kalsium, fosfor, dəmir, C, A və B vitaminləri ilə zəngindir. Həmçinin çiyələk yarpağının tərkibində xərçəng, diabet, iflic və miokard infarktı kimi ciddi sağlamlıq problemləri riskini azaltmağa kömək edən antioksidantlar, antioksidant xüsusiyyətlərə malik digər birləşmələr və minerallar da vardır. Sağlam qidalanmanın bir hissəsi kimi müxtəlif xəstəliklərin qarşısını almağa kömək edən çiyələk yarpağının sağlamlığa faydaları həddən ziyadə çoxdur.
Çiyələk yarpağının xüsusiyyətləri:
Büzücü
Bürüyücü
İmmunostimulyator
Neyroprotektor
Hipoqlikemik
İltihab əleyhinə
Xərçəng əleyhinə
Kardioprotektor
Həzm tənzimləyici
Çiyələk yarpağının müalicəvi xüsusiyyətləri:
Qandakı trigliseridlərin normadan yüksək səviyyədə olması ürək xəstəliyi riskini artıra bilər. Çiyələk yarpaqlarının müntəzəm şəkildə istifadəsi trigliserid səviyyəsini aşağı salaraq ürək xəstəliklərinin qarşısını alır. Çiyələk yarpağının tərkibindəki antosiyaninlər xolesterin səviyyəsini tarazlayaraq ürək-damar xəstəliklərindən və arterial hipertenziyadan qoruyur.
İmmun sistem orqanizmin müdafiə mexanizmini formalaşdırmaqla onu xəstəliklərdən qoruyur. C vitamininin qeyri-kafi miqdarı immun sistemi zəiflədir və xəstəliklərin inkişafına yol açır. Çiyələk yarpağının tərkibindəki yüksək C vitamini immun sistemi dəstəkləyərək xəstəliklərin qarşısını alır, sağalmanı sürətləndirir və xəstəliklərin tez-tez təkrarlanmasının qarşısını alır. Eyni zamanda bədəndəki yaraların sağalma sürətini də artırır.
İnsan yaşlandıqca beyin hüceyrələri tədricən məhv olaraq sayı azalır, bu da əqli qabiliyyətin azalmasına və demensiya xəstəliyinin inkişafına gətirib çıxarır. Çiyələk yarpaqlarının tərkibində olan antioksidantlar idrak qabiliyyətinin azalmasının qarşısını alır və beynin düşünmə və məlumatı emal etmək qabiliyyətini qoruyur. Yaddaşı dəstəkləməklə, Alsheymer kimi ciddi xəstəliklərin yaranmasının da qarşısını ala bilər.
Qanda şəkərin səviyyəsinin yüksək olması, bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Çiyələk yarpaqlarının dəmləməsini müntəzəm şəkildə qəbul etdikdə hipoqlikemik təsir edir və qan şəkərinin səviyyəsini tənzimləyir. Əsasən tərkibindəki antosiyaninlər sayəsində bədəndə insulin ifrazını artırır və qanda şəkərin səviyyəsini tarazlaşdırır. Bununla da toxuma və hüceyrələrin zədələnməsinin qarşısını alaraq orqanizmi xərçəng və virus xəstəliklərindən qoruyur.
Sağlam olmayan qidalanma vərdişləri, siqaret çəkmə və oturaq həyat tərzi müxtəlif orqanlarda iltihabi xəstəliklərin yaranmasına səbəb olur. Çiyələk yarpaqları iltihabın qarşısını alır, mövcud iltihabın sorulmasını və xəstəliyin sağalmasını təmin edir.
Çiyələk yarpaqlarının tərkibindəki bioaktiv maddələr antioksidant xüsusiyyətlərə malik olub xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və metastaz verərək yayılmasına, bölünərək çoxalmasına tormozlayıcı təsir göstərir.
“Herba Flora” şirkəti çiyələk yarpaqlarını həm ayrıca, həm də Dianat şərbətinin tərkibini zənginləşdirərək istehsal edir. Həzmin pozulması və ishal hallarında bu şərbət bağırsaqların işini tənzimləməyə yardım edir. Xüsusən çiyələk yarpaqlarının tərkibində olan tannin bağırsaqların selikli qişasına büzücü təsir göstərərək ishalı dayandırır, bağırsaqlar vasitəsi ilə orqanizmdən suyun itirilməsini ləngidir. Həmçinin bürüyücü effekt verərək bağırsağın mənfəzində olan toksinlərin qana sorulmasının qarşısını alır.
Çiyələk yarpaqları eyni zamanda bağırsaqlarda yaranmış iltihabi prosesləri azaldır, bağırsaq mikroflorasını normallaşdırır və su-duz balansını bərpa edir. Qarşıdan gələn yay mövsümündə ishal və qusmanın qarşısını almaq üçün çiyələk yarpaqları ilə zəngin Dianat şərbətindən istifadə etməyi tövsiyə edirik.