Beyin qan dövranının pozulması.

Beyin qan dövranının pozulması.

Beyin qan dövranı baş beynin və onurğa beynin damar sistemində qanın dövr etməsidir. Beyin qan dövranının xroniki pozulması əsas etibarı ilə ateroskleroz, hipertoniya, vazomotor distoniyalar, arterial hipertoniya, ürək-damar sisteminin anomaliyaları, beyin damarlarının toksiki və travmatik zədələnməsi zamanı inkişaf edir.
Beyin qan dövranı pozulmasını xarakterizə edən əlamətlər səbəbdən asılı olaraq dəyişir. Ümumi simptomlara baş ağrısı, başgicəllənmə, başda küy, paresteziyalar, yuxunun, həmçinin hissiyyat və ağrının pozulması, intellektin və yaddaşın zəifləməsi kimi əlamətlər aiddir. Ağır hallarda epileptik tutmalar və beyin qabığı funksiyalarının afaziya, aqrafiya və aleksiya kimi ocaqlı dəyişiklikləri müşahidə olunur. Beynin qan dövranını yaxşılaşdırmaq və funksional aktivliyini artırmaq üçün bir çox xalq təbabəti üsulları var.

• Reseptlər, Beyin qan dövranı

Tıxanmış damarları təmizləmək üçün
5 diş sarımsaq həvəngdəstədə əzilir, üzərinə yarım stəkan bitki yağı əlavə olunur və soyuducuya qoyulur. Hər dəfə qəbul etməzdən əvvəl 1 çay qaşığı sarımsaqlı yağlı çıxarışa 1 çay qaşığı təzə sıxılmış limon suyu əlavə olunur. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq qəbul olunur. Prosedur 3 ay aparılır.

Beyin toxuması üçün antioksidant
Qızıl bığ (золотой ус) bitkisinin buğumlarından 35 ədəd xırdalanır, şüşə bankaya qoyulur, üzərinə 96 faizli spirt tökülərək qaranlıq yerdə 2 həftə saxlanır. Qəbul etməzdən əvvəl 1 çay qaşığı cövhər 1 xörək qaşığı zeytun yağı ilə qarışdırılır. Qəbuldan 2 saat əvvəl qida qəbul etmək və ya maye içmək tövsiyə olunmur. Gündə 3 dəfə içilir, 5 gün fasilədən sonra yenidən 5 gün qəbul edilir. Növbəti fasilə 10 gün olur və həmin fasilədən sonra cövhər daha 10 gün içilir. Müalicə 2 ay müddətində aparılır. Qəbul zamanı başgicəllənmə və qusma yarandıqda prosedur dayandırılır.

Beyin kapilyarlarını möhkəmləndirmək üçün
Hərəsindən 100 qram yapon soforası qönçələri və ağ öksəotu xırdalanır, üzərinə 1 litr 40 faizli spirt əlavə olunur. Qaranlıq yerdə 3 həftə saxladıqdan sonra süzülür. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq 1 çay qaşığı qəbul edilir. Ateroskleroza qarşı 2 həftə müddətində gündə 3 dəfə yeməkdən yarım saat qabaq 1 çay qaşığı çaytikanı yağı qəbul edilir, 1 ay fasilə verdikdən sonra müalicə təkrar olunur.

 

herba-flora.comproduct/serebratea/