Balqabaq

Balqabaq

Balqabaq qədim mənbələrə görə hələ 5-8 min il bundan əvvəl insanlar tərəfindən yetişdirilən tərəvəz növüdür. Avropaya onu Cənubi Amerikadan gətirmişdilər. Bu bitkidən müxtəlif məlhəmlər hazırlanmış, xalq təbabətinin bir çox sahələrində, o cümlədən qurdların müalicəsində istifadə olunmuşdur. Yan təsirlərinə demək olar ki, rastlanmadığı üçün balqabaq həlimi ta qədimdən uşaqlara və hamilə qadınlara da verilirdi. İbn Sina isə onu işlədici vasitə kimi istifadə etmişdir.

Balqabaq adətən narıncı rəngdə olub tərkibi vitaminlərlə zəngindir. Balqabağın ləti, tumları və yağı vitamin deposudur desək, yanılmış olmarıq. Balqabaqda yerkökündən 4-5 dəfə çox karotin var. Karotinlər orqanizmdə vitamin A-ya çevrilir ki, o da həm güclü antioksidantdır, həm də görməni yaxşılaşdırır. Balqabağın lətində C, E, K və B qrupu vitaminləri, tumlarında isə çoxlu mikroelementlər vardır. Sink ehtiyatına görə tərəvəzlər arasında balqabaq ilk üçlüyə düşmüşdür. Balqabağın tərkibində nişasta, xolesterin və trans yağlar olmadığına, şəkərin miqdarının az, həmçinin liflərlə zəngin olduğuna görə diyetik pəhrizlərin tərkibinə daxil edilir. 100 qram balqabağın energetik dəyəri 22 kkal-dir. Balqabaq tumlarının hər 100 qramında 559 kkal olduğu üçün pəhriz zamanı onun qəbulu məhdudlaşdırılmalıdır.

Çiy balqabaq ödqovucu təsirinə görə öd-daşı xəstəliyi zamanı əks göstərişdir. Şəkərli diabet xəstələrinin isə balqabaqdan istifadə etməməsi məsləhətdir, çünki qanda şəkər səviyyəsini qaldırır. Bu tərəvəzin tez-tez qəbulu qarında köpə və ishala səbəb ola bilir. Bu hallar baş verdikdə onun qəbul olunan miqdarını və qəbul sayını azaltmaq lazımdır. Balqabağın çox miqdarda yeyilməsi yalançı karotin sarılığına gətirib çıxara bilir. Bu az kalorili tərəvəz maddələr mübadiləsini normallaşdırır, tərkibi liflərlə zəngin olduğu üçün iştahanı azaldır. Faydalı tərkibi sayəsində müxtəlif pəhrizlər zamanı artıq çəkidən azad olmaqla yanaşı bədəni lazım olan vacib elementlərlə də təmin edir.

Balqabağın çiy şəkildə qəbulu

Balqabağı günün birinci yarısı çiy şəkildə qəbul etmək məsləhətlidir. Tərkibində yüksək miqdarda “nəsilartırma hormonu” adlandırdığımız tokoferol, yəni E vitamini vardır. Balqabaq toxumları L-arqininlə zəngin olub orqanizmdə testosteron sintezində iştirak edir, prostat vəzin funksiyasını normallaşdırır, erektil funksiyanı yaxşılaşdırır. Balqabaq tumlarının nazik qabıq-qişasında kukurbitin adlı amin turşusu olduğundan qurd əleyhinə təsir göstərir. Balqabaq işlədici, iltihab əleyhinə, ödqovucu qəbizlik əleyhinə effekt verir. Tərkibi kaliumla zəngin olduğu üçün ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır, damar divarını möhkəmləndirir, ateroskleroz və arterial hipertoniyanın inkişaf riskini azaldır.

Balqabaq yağının tərkibi isə A, E, B qrupu vitaminləri, həmçinin fitosterollarla zəngindir, dərini cavanlaşdırır, orqanizmdə demək olar ki, bütün maddələr mübadiləsi proseslərində iştirak edir. Balqabaq yağı C vitamini ilə zəngin olduğu üçün immun sistemi və orqanizmin xəstəliklərə qarşı müdafiə qabiliyyətini gücləndirir. Yağ turşuları ilə zəngin olduğundan xolesterinin səviyyəsini azaldır, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır. Balqabaq yağı kişi sağlamlığı üçün çox faydalıdır. Kişilərdə spermanın keyfiyyətini yaxşılaşdırır, kişinin reproduktiv sağlamlığında, prostatit və prostat vəz adenomasında müalicəvi effekt verir. Əgər bu deyilənlərə özünüz şahid olmaq istəyirsinizsə Herba Flora şirkətinin soyuq sıxma metodu ilə istehsal etdiyi yüksək keyfiyyətli Fitooil Balqabaq yağından istifadə edə bilərsiniz!

https://fizulihuseynov.com/

https://herba-flora.com