Askarid qurdu və müalicəsi

Askarid qurdu və müalicəsi

Ən geniş yayılmış parazitlərdən olan askarid qurdlarına yoluxma zamanı bağırsaqda bir neçə yüz qurd olur. Yumurtalar nəcis ilə torpağa düşəndə yoluxuculuq qabiliyyətini 15 il saxlayır. Udulmuş yumurtalardan nazik bağırsaqda sürfələr çıxır, sonra bağırsaq divarını dələrək qanla orqanlara yayılır, 8-10 saata kapilyar damarları dəlib nəfəs yollarına keçir, sonra ağıza doğru hərəkət edərək tüpürcəyə qarışıb yenidən udulur və yenidən nazik bağırsağa çatıb, əsl həyatını yaşamağa başlayır.

Bağırsaqlarda 2 ay ərzində sürfədən cinsi yetişkən askaridlər əmələ gəlir. Bağırsaqda yaşayan askaridlərin ömrü 1 ildir, təkrar yoluxma olmasa, 1 ilə askaridlər orqanizmdən təmizlənir. Böyümüş askaridlər bağırsaqların selikli qişasını zədələyir və bağırsaqdakı həzmə hazır olan qida, vitamin və minerallar ilə qidalanır, əvəzində öz nəcislərini buraxır. Nəticədə bağırsaqlarda eroziya, xora, qəbizlik və ya ishal, diş qıcama, ürəkbulanma, qusma, dəridə səpgilər, qaşınma, ləkə, saçların tökülməsi, qanazlığı, başgicəllənmə və yorğunluq halları baş verir. Askaridlər bəzən o qədər çoxalır ki, bir-birinə dolaşaraq bağırsaq keçməzliyi əmələ gətirir.

Askaridlərin sürfələri isə qan ilə qidalanır və onların gündə yarım litr qan yeməsi təhlükəli vəziyyətə səbəb olur. Askaridoza diaqnoz qoymaq üçün bəzən qan analizi götürülür, lakin daha yaxşısı nəcisin müayinəyə verilməsidir. Qurdlara yoluxandan 1 ay sonra qanda antitellər əmələ gəlir və hətta qurdlar məhv olsa da, onların uzun müddət qanda tapılması artıq və lazımsız müalicə aparmağa səbəb olur.

Profilaktika
Parazitlərdən qorunmaq üçün meyvələr təmiz yuyulmalıdır, göyərtilərin 2-3 xörək qaşığı alma sirkəsi qatılmış suda 2-3 saat saxlanandan sonra yuyulması daha yaxşıdır. Uşaqların dırnaqları tez-tez tutulmalı və onlar yataq paltarında yatmalıdırlar.


Müalicəsi

Səhər tezdən uşaqlar 50, böyüklər 100 qram balqabaq tumu yeməli, 2-3 saatdan sonra uşaqlar üçün 1 çay qaşığı, böyüklər üçün 1 xörək qaşığı səna yarpaqları 1 stəkan suda dəmlənib qəbul edilməlidir. Prosedur 3 gün aparılır, 10 gün fasilədən sonra daha 3 gün təkrar edilir. 100 qram balqabaq tumu üzərinə bərabər miqdarda süd və alma sirkəsi qarışığı tökülür, məcun alınana qədər qarışdırılır. Onu 3 gün səhərlər acqarına yemək, 2-3 saat sonra səna çayı içmək lazımdır. Dağtərxunu, boymədərən, qızılçətir, acı yovşan və gülümbahar bitkilərinin dəmləməsi askarid qurdlarından xilas olmaq üçün faydalıdır. Əlavə olaraq, qurdqovucu və yüngül işlədici təsirli bitkilərin qarışığından hazırlanmış Teazol çayının qəbul olunması daha məqsədəuyğundur.

http://fizulihuseynov.com/