Artroz xəstəliyi

Artroz xəstəliyi

Artroz oynaqların normal strukturunun iltihabsız zədələnməsidir. Bir və ya daha çox oynaqda ağrı ilə təzahür edir. Ağrı ilə birlikdə sərtlik, oynaq səs-küyü (hərəkət zamanı xırıltılar), hərəkətin məhdudlaşması və deformasiyalar baş verə bilər. Əslində bədənin oynaq və sümüklərində duzlaşma deyilən bir şey yoxdur. Artrozda qığırdaq degenerasiyaya (dağılmaya) uğradıqdan sonra onda dəyişikliklər başlayır. Xəstəlik inkişaf etdikcə oynağın kənarında sümük çıxıntıları (osteofitlər) əmələ gəlir. Bir və ya daha çox oynağın degenerasiyası və ya yaşlanması olaraq təyin edilə bilər.

Əsasən onurğa (xüsusilə bel və boyun bölgələri), bud-çanaq oynaqları, diz, ayaq və barmaqlar kimi çox işlək, hərəkətli və ya çox ağırlıq düşən oynaqlarda meydana gəlir. Ağrı, əsasən hərəkət və istirahətlə aradan qaldırılır, lakin bəzi hallarda uzun müddət hərəkətsizlikdən sonra özünü sərtlik kimi göstərir, lakin bu sərtlik yarım saatı keçmir. Qığırdaq gelə bənzəyir və təbəqələrə malikdir, zərbəyə qarşı ağırlığı udur, oynaq və qığırdaq ətrafındakı sinovial maye isə yağlanmanı təmin edir. Artroz xəstəliyinin əsas səbəbi qığırdaq səthində həddindən artıq mexaniki yükdür və qığırdaq bu yükü daşıya bilmir.

Artroz xəstəliyinin yaranma səbəbləri

Artroz daha çox ağır fiziki fəaliyyət tələb edən işlərdə çalışanlarda, ağır idman edənlərdə və təkrarlanan hərəkətlərin həddindən artıq olduğu iş, hobbi və ya idman fəaliyyəti ilə məşğul olan insanlarda daha çox görülür. Ağır bədən çəkisinə malik olmaq ən vacib bir risk faktorudur. Artrozun inkişafında yaşın, irsiyyətin, cinsiyyətin, artıq bədən çəkisinin, müxtəlif oynaq xəstəliklərinin, endokrin (qalxanabənzər vəz) xəstəliyinin və maddələr mübadiləsinin pozulması kimi faktorların rolu böyükdür. Artroz orta yaşlı insanların xəstəliyidir. Yaşla birlikdə xəstəliyin tezliyi artır. Yaşlanma ilə elastikliyin itirilməsi, yəni toxuma bərpasının azalması ilə əlaqədardır. Artrozun irsiyyətlə bağlı, xüsusilə əl və barmaq oynaqlarında şişkinliyə səbəb olan “düyünlü osteoartrit” xəstəliyi kimi tanınan növü də çox aydın diaqnostika olunur. Diz və əllərdə artroza qadınlarda daha çox rast gəlinir. Oma-qalça oynağının osteoartriti kişilərdə və qadınlarda eyni dərəcədə rast gəlinir. Həddindən artıq çəki və piylənmə oynaqdakı yükü, xüsusən diz osteoartritinin inkişaf etmə ehtimalını artırır.

Sümük və oynaqlarda anadangəlmə struktur pozulmaları, oma-qalça dislokasiyası, düz ayaqlar, skalioz, qəza, travma və xəstəlik səbəbi ilə oynaqlarda meydana gələn struktur dəyişklikləri onların işini pozaraq osteoartritin inkişaf riskini artırır. Osteoartritə başqa heç bir xəstəlik olmadan da tək halda rast gəlinə bilər və ya oynaqların struktur pozğunluqları ilə bağlı inkişaf edə bilər.
Peşə səbəbləri və ya həyat tərzi səbəbindən müəyyən oynaqların həddindən artıq istifadəsi osteoartrit riskini artırır.

https://fizulihuseynov.com/

https://herba-flora.com