Angina zamanı.

Angina zamanı.

Damaq badamcıqları uşaq orqanizmi üçün çox böyük əhəmiyyətə malikdir. Bu orqanlar anatomik olaraq elə yerləşmişdir ki, ağız boşluğu, burun boşluğu və orta qulaqla əlaqəsi vardır. Sağlam tonzillalar uşaqların boy atmasında böyük rol oynayır. Bununla bərabər, orqanizmə xarici mühitdən müxtəlif infeksiyaların düşməsinin qarşısını alır. İmmuniteti aşağı olan insanlar tez-tez xəstələnməyə meyilli olurlar.

Uşaq orqanizmi də soyuqlamaya qarşı çox həssasdır. Bu kimi hallarda çox zaman orqanizmin ilk reaksiyası əsnəkdə qızartı ilə başlayır. Əgər qarşısı alınmazsa, proses genişlənə bilir, damaq badamcıqları böyüyür, qızarır, iltihablaşır. Bu zaman boğazda ağrılar, yanğı hissi, göynəmə, quruluq, qıcıqlanma, quru öskürək, qulaqlara yayılan ağrılar, qulaqda küy, eşitmənin pisləşməsi və udqunmanın çətinləşməsi kimi hallar olur.

Əgər zmanında lazımı tədbirləri görsək, tez bir zamanda xəstələrimizin səhhətində əmələ gəlmiş pozuntuları aradan qaldıra bilərik. Qarşısı vaxtında alınmadıqda isə kəskin tonzillit, lakunar angina, kəskin orta otit xəstəliklərinə qədər yol aça bilir.

Evkalipt, aptek çobanyastığı, adaçayı, şirin biyan kimi təbii bitkilərin birləşməsindən ibarət olan Teasept çayı bu xəstəliklərin həm müalicəsində, həm də profilaktikasında istifadə olunur. Teasept çayı əsnəkdə olan qızartını, ağrını və şişkinliyi azaldır, hərarəti aşağı salır, virus və bakteriya əleyhinə təsir göstərir və eyni zamanda zəifləmiş immuniteti möhkəmləndirir.

Tərkibindəki andız və adaçayı bitkiləri boğazda olan qıcıqlanmanı və quru öskürəyi aradan qaldırır. Tam təbii olduğu üçün həm körpələrə, həm hamilə qadınlara istifadə etmək məsləhətlidir. Teasept çayının dəmləməsi daxilə qəbul və qarqara şəklində istifadə olunur.

Stomatit, gingivit, parоdontoz, ağızgəlmə, rinit (zökəm), angina, tonzillit, laringit, faringit, traxeit, blefarit, konyuktivit. Ağızdan xoşagəlməz qoxu zamanı, diş çəkildikdə və diş protezlərindən istifadə zamanı damaq yaralarının müalicə və profilaktikasında təyin edilir.

İstifadə qaydası:

Qarqara üçün: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq dəmləmə ilə yeməkdən sonra qarqara edilir.

fizulihuseynov.com

https://herba-flora.com