Alopesiya

Alopesiya

Alopesiyalar 3 qrupa bölünür:
Diffuz
Ocaqlı
Total

Tük follikulları aşağıdakı inkişaf fazalarından keçir:
1. Anagen faza – davametmə müddəti 2-7 ildir.
2. Katagen faza və ya keçid faza – davametmə müddəti 2-4 həftədir.
3. Telogen faza – davametmə müddət 3-4 aydır.

Etioloji faktorlar.

Fizioloji proseslər zamanı: hamiləlik, laktasiya dövrü və doğuşdansonrakı dövrdə hormonal disbalans nəticəsində tüklərin tökülməsi baş verir. Bu, fizioloji haldır.
Sonra tüklərin əmələ gəlməsi bərpa olunur. Yüksək temperaturla müşahidə olunan, infeksion xəstəliklərdə, kökəlib arıqlayan xanımlarda qidalanma bərpa olunduqdan sonra tüklər də bərpa olunur. Fizioloji halda tüklərin tökülməsi telogen fazada baş verir.

Saçların tökülməsinin çox təsadüf edilən səbəbləri irsi meyillik, immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzin xəstəlikləri, diabet, yumurtalıqların polikistozu və s.) anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlığı, qeyri-düzgün qidalanma və s. ola bilər. Zəhərlənmələr, psixi travmalar, ağır həyacanlar, uzunmüddətli yorğunluqdan sonra da saçların tökülməsi sürətlənir.
Bu prosesə bəzi dərmanların (hamiləliyin qarşısını alan, yüksək təzyiqə qarşı olan həblər, sidikqovucular, antidepressantlar, steroidlər və s.) uzun müddət qəbul edilməsi də səbəb ola bilər.

Yuxarıda sadalanan amillər anagen fazada olan tüklərin tökülməsinə səbəb olur. Hormonal disbalans (xüsusilə testosteron) total və yaxud ocaqlı dazlığa gətirib çıxarır.
Bu növ alopesiyanın müalicəsi 90% hallarda özü bərpa olunur, 10% hallarda isə müalicə olunur.

Alopesiyalar içərisində 90% hallarda diffuz tökülmə baş verir.
Adrogenetik alopesiya xarakterik şəklinə görə seçilir. Alın, gicgah və təpə nahiyəsində tüklər tökülür. Ənsə nahiyəsində tüklərdə heç bir dəyişiklik olmur. Buna səbəb androgenəhəssas xüsusi resptorlardır. Andogenetik alopesiyalar irsi-dominant, autosom xəstəlikdir. Xromosomlarla keçir.

Saçların davamlı tökülməsi zamanı kökü və soğanağı tam şəkildə məhv olaraq çapıq toxuması ilə əvəz olunur. Bu halda saç artıq inkişaf edə bilmir və onun bərpa edilməsi də mümkün olmur. Bu, telogen fazada baş verir. Androgenetik alopesiya zamanı androgenlərin artması parodoksal nəticəyə gətirib çıxarır: alın, gicgah, təpə nahiyəsində tüklər tökülür, əksinə qulaq ətrafında, çənə nahiyəsində artır. Androgenetik alopesiyaya ən çox kişilərdə – 80%, qadınlarda 20% rast gəlinir. Proses 14 yaşından başlayır, 40 yaşında formalaşır (keçəllik). Seyrəlməyə başlayan dövrlərdən müalicəyə başlansa, effekt alınır.

Saçların davamlı tökülməsi bir sıra ağır göbələk xəstəliyindən, dərinin irinli və digər xəstəlikləri nəticəsində baş verir ki, bu zaman bütün saç aparatı prosesə qoşulur. Baxış zamanı həkim-trixoloq ilk növbədə saçların sürətli tökülməsinin əmələgəlmə səbəblərini müəyyən etməlidir. Androgenetik alopesiyanın (kişi tipli keçəlləşmə) və saç tökülmənin qarşısını almaq üçün Nat Prostat kapsul qəbul etməyi tövsiyə edirik.

https://fizulihuseynov.com/