fbpx
Close

Alaqanqal toxumu

Alaqanqal toxumu

Alaqanqalın xalq təbabətində əvəzsiz bir bitki olduğu hamıya məlumdur. Bu bitkiyə demək olar ki, ölkəmizin hər yerində yaz və yay aylarında rast gəlmək olur. Şərqi və Qərbi Avropada isə daha geniş yayılmışdır. Xüsusi qulluq tələb etməyən alaqanqal bitkisi həm tibdə istifadə etmək üçün, həm də dekorativ məqsədlə becərilir. Təbabətdə alaqanqalın toxumlarından və yağından güclü hepatoprotektor kimi istifadə olunur. Bitkinin toxumlarından alınan yağ tərkibindəki aktiv maddələr sayəsində qaraciyər hüceyrələrini qoruyur, onların zədələnməsinin və infeksiyalaşmasının qarşısını alır. Alaqanqal toxumu əsasında hazırlanan fitopreparatlar qaraciyərin, öd kisəsinin və mədə-bağırsaq traktının sekretor funksiyasını stimullaşdırır, maddələr mübadiləsini və həzm proseslərini normallaşdırır. Buna görə də alaqanqal yalnız qaraciyər və mədə-bağırsaq traktının xəstəliklərinin müalicəsində deyil, həm də şəkərli diabetdəaşağı ətrafların varikoz xəsəliyində istifadə olunur. Toxumlarının tərkibindəki maddələr qaraciyərin qoruyucu xüsusiyyətlərini artırır və hər cür zəhərlənməyə qarşı müqavimət göstərir.

Ləkəli alaqanqal

Ləkəli alaqanqal flavonoidlər, alkaloidlər, saponinlər, selik, üzvi turşular, K vitamini, aşı maddələr, zülallarla zəngindir. Alaqanqalın tərkibindəki aktiv maddələr hepatoprotektiv təsir göstərir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır və həzmi normallaşdırır. Həmin maddələr profilaktik olaraq bütün hepatositləri qoruyur, onların infeksiyaya və müxtəlif növ zəhərlənmələrə qarşı müqavimətini artırır, ödün əmələ gəlməsini gücləndirir və onun öd kisəsinə axımını sürətləndirir.

Ləkəli alaqanqal parlaq bənövşəyi və ya tünd qırmızı çiçəkləri olan birillik və ya ikiillik ot bitkisidir. Toxumlarından hazırlanan preparatlar xalq və ənənəvi tibdə istifadə olunur. Bitki mənşəli dərmanlar qaraciyər və öd kisəsinin funksiyalarına müsbət təsir göstərir, orqanizmin toksinləri xaric etmək qabiliyyətini yaxşılaşdırır. Bununla yanaşı, alaqanqal toxumları qaraciyərdə struktur və funksional zülalların sintezini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir və sərbəst radikalların təsirini qismən bloklayır.

Ləkəli alaqanqal bitkisinin həm toxumlarından, gövdəsindən, yarpaqlarından, həm də onun köklərindən müalicə məqsədi ilə istifadə edirlər. Onlardan dərmanların, pəhriz əlavələrinin, həlimlərin, həmçinin xaricə istifadə üçün kompres və losyonların əsasına çevrilən yağ və digər maddələr alınır. Köklərdən hazırlanan həlimlər diş ağrısını, həmçinin sidik saxlamama və ishal kimi vəziyyətləri müalicə etmək üçün istifadə olunur.

Herba-Flora şirkətinin soyuq sıxma üsulu ilə istehsal etdiyi Fitooil ləkəli alaqanqal yağı bitkinin toxumlarından alınır, silimarin maddəsi esensial fosfolipidlər sayəsində hepatositlərin membranını möhkəmləndirir və qoruyur, alkoqoldan istifadə edən şəxslərdə zədələnmiş hepatositlərin regenerasiyasını sürətləndirir. Omeqa-6 və Omeqa-9 yağ turşuları ilə zəngin olduğu üçün pozulmuş lipid mübadiləsini və hormonal balansı tənzimləyir. Xaricə istifadə üçün alaqanqal toxumunun yağı dəyərlidir. Yaraları sağaltmaq qabiliyyətinə görə dəri xəstəliklərini müalicə etmək üçün istifadə olunur. Alaqanqal toxumu yağı dərini həddindən artıq qurumadan qoruyur, dərinin soyulmasının qarşısını alır, rəngini normallaşdırır və piy vəzilərinin fəaliyyətini yaxşılaşdıraraq sızanaqların qarşısını alır. Fitooil ləkəli alaqanqal yağı həm də dərinin turqorunu və elastikliyini artırır, antioksidant effekti sayəsində dəridə erkən qocalma proseslərini ləngidir.

https://fizulihuseynov.com/

https://herba-flora.com/