HERBA FLORA







 

Aygün Hüseynova

Həkim-pediatr

HERBA FLORA

скачать dle 10.6фильмы бесплатно
  1. Bahar - 11 noyabr 2018 21:00  

    Salam .Sizde satılan balqabaq yağıni 3 yaşlı uşağa vermek olar?

     

    Cavab: Salam Bahar X.

     

    Herba Flora şirkətinin istehsli olan Fitooil Balqabaq toxumunun yağını 3 yaşlı uşağa 1/2 çay qaşığıından gündə 1-2 dəfə vermək olar. Qurd xəstəliyinin profilaktikası üçün yanaşi olaraq TEAZOL çayı və ANTİHELMİNT siropunu da verilməsi məsləhətdir. 

     

  2. Xeyirnise - 30 oktyabr 2018 23:19  

    Salam hekim usagin 2 yasi var geceler dislerin bir birine surtur bu nedendi

     

    Cavab: Salam Xeyirnise x.

     

    Dişləri qıcama, bir birinə sürtmə Bruksizim adlanır. Bu adətən sinir sistemi oyanıq olan, gün ərzində cox gərgin, yorğun olan zaman daha çox müşahidə edilir. Həddən çox olduqda diş minası zədələnir. Stomatoloqda silikon kappa düzəltdirib gecələr taxa bilərsiniz. 

    Bəzən uşaqlarda gecə diş qicaması bağırsaqda qurd zamanı da müşahidə edilə bilir. Bunun qarşısını almaq məqsədilə Antihelmint sirop və TEAZOL çayı verə bilərsiniz. 

  3. Nərgiz - 24 oktyabr 2018 20:43  

    Salam həkim.Qızımın 14 yaşı var.Ona kalii çatışmamazlığıns qarşı hansı bitgilıri verə bilərəm.Tıbii ki herba floranin

     

    Cavab: Salam Nərgiz x.

     

    Siz bu qənatə cox güman ki, qan analizindən sonra gəlmisiniz. Kalium orqanizmdə urək-damar, sinir əzələ sistemi, beyin fəaliyyəti  üçün olduqca vacib bir elementdir. Gündəlik normanı qida ilə balanslaşdırmaq lazımdır. Kalium əsasən ərik qurusu, portağal, mandarin, üzüm, alma, çiyələk, banan, yemiş, qarpız, itburnu, alça, qara və qırmızı qarağat, xiyar, kələm, turp, yulaf yarması və qoz kimi qidaların tərkibində var.

    Herba Flora məhsullarından ŞƏFA vitamini istifadə edə bilərsiniz.

  4. Emine - 15 oktyabr 2018 23:52  

    Salam menim iki sualim olacaq size. Qizim 2yaw 8ayliqdi butun sozleri deyir 3 4 sozu cumle halinda deye bilir serbest. Ama arada oz dilinde nese daniwir ve ele sozler varki duzgun teleffuz elemir bu normaldimi? Ikinci sualim ise gunduzlerde gecelerde bu uwaq dehwet cox su icir wekeri qan faizni yoxlatmiwia temiz cixib qanida yaxwidi. Onuda deyimki cox aktiv uwaqdi 5deqiqe bir yerde oturmur. Onceden tewekkurler size. 

     

    Cavab: Salam Emine x.

     

    2 yaşında usağın lüğətində 25-50-ə yaxın söz ehtiyatı olmalı, 2-3 sözdən ibarət sərbəst cümlələr qurmalı, İstəklərini aydın şəkildə çatdırmalıdır. Ancaq hər uşaq fərqlidir zehni və fiziki inkişaf birində sürətli, digərində bir az ləng gedə bilər. Bu yaş uşağin zehni inkişafında ən önəmli vaxtdir. Bu işdə ananın rolu olduqca vacibdir.

    Onunla ünsiyyəti artırmaq, oyunlar oynamaq, birgə vaxt keçirmək uşağın gələcək inkişafında əvəzsiz rolu olacaq. Anlayıb tələffüz edə bilmədiyi sözləri öyrənmək üçün rəngli şəkilləri olan nağıl kitabları sizə yardımcı olacaq. 

     

    İkinci sualınıza gəldikdə isə Uşaqların su içməsi normal bir haldır. Ancaq ana olaraq bu sizi narahat edirsə gün ərzində nəzarət altında uşağın qəbul etdiyi suyu azaldıb, günlük sidiyinə nəzarət edirsiz. Uşaq içdiyi su qədər sidiyə getməlidir. Günlük sidik miqdarı azalmasa o zaman uşaq endokrinoloquna müraciət etmək lazımdır. 

  5. Xəyalə - 7 oktyabr 2018 21:06  

    Salam Doktor. Məndə süd vəzində Usm gpstəricisinə görə 20mm×15mm ölçüdə fibroadenoma var. Usağa süd verirəm. Bunun bir zərəri ola bilərmi. Bu ölçüdə olan fibroadenomanın əməliyyatdan başqa bir çarəsi varmı?

     

     

    Cavab: Salam Xəyalə x

     

    Bu ölçüdə fibroadenoma əməliyyat üçün göstəriş deyil. Mammoloq-onkoloq nəzarətində, hər 6 ayda bir dəfə ultrasəs müayinəsi olub ölçüləri nəzarət altında saxlamalısız. Uşağın təbii qidalanma dövrü bitdikdən sonra (Ən az 2 yaşına qədər süd verilə bilər)  Nat-Ərküdə kapsulu istifadə edilə bilər. 

     


Adınız:*
E-Mail:
Burada Həkimə sual verə bilərsiniz:
Kodu daxil et: *
Şifrə görsənmirsə yenilə





Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem