HERBA FLORA







 

Esmira Zeynalova

Həkim-terapevt

HERBA FLORA

скачать dle 10.6фильмы бесплатно
  1. Hemide - 12 yanvar 2017 14:22  

    Salam hekim evvelceden vaxtinizi ayirdiginiza gore ve deyerli meslehetlerinize gore tewekkurler.Sualim gicitken bitkisinin demlemesini nece istifade etmek olar.Yeni heftede nece defe istifade etmek lazimdir?Yemekden evvel ve ya sonra qebul etmek olar?Cox sag olun

    ---

    Cavab:

    Salam, Həmidə xanım. Gicitkən bitkisi 1 xörək qaşığı 1/2 stəkan suda dəmlənir və gün ərzində 3-5 dəfə yeməkdən əvvəl içilir. Qanı qatılaşdırdığına görə uzun müddət qəbulu məsləhət görülmür. 10 gün içdikdən sonra mütləq fasilə verilməlidir. Aşağı ətrafların varikoz xəstəliyi və beyin qan dövranı pozulması olanlara gicitkən yarpağı içmək tövsiyə olunmur.

  2. Nigar - 22 dekabr 2016 17:31  

    Salam hekim. Menim hamilelikde boyreyime stend qoyulub hamilelik bitdikden sonra cixarilib, artiq 3 ay kecib. Indi ise tez tez sidiye getme, sidiye gedende yandirmalar boyrekde agrilar, bezen heraret olur. Bu hallar tekrarlanir. Usm muayinesinde boyrekde hele de genislenme oldugu deyilib. Sud verdiyim ucun mualice goture bilmirem. Siz ne meslehet gorerdiniz. Tesekkur edirem

    ---

    Cavab:

    Salam, Nigar xanım. Sadaladığınız əlamətlərə və USM nəticələrinə görə Sizdə böyrəklərin, sidik yollarının və sidik kisəsinin iltihabı var. Mütləq uroloqla məsləhətləşməyiniz lazımdır. Süd verdiyiniz üçün yalnız körpəyə zərər verməyən təbii vasitələrdən istifadə edə bilərsiniz. Sizə 2 həftəlik belə bir müalicə sxemi tövsiyə edirəm: gündə 3 dəfə yeməkdən sonra 2 filtr-bağlama Urotea çayının dəmləməsi, gündə 3 dəfə yenə də yeməkdən sonra 1 xörək qaşığı Renokaps şərbəti. İstəniləm quşüzümü tərkibli preparat da qəbul edə bilərsiniz.

    Sizə Sağlamlıq Arzulayırıq!

  3. Elşən - 20 dekabr 2016 09:37  

    Salamaleykum hekim.her vaxtiniz xeyir olsun.doktor ag ciyerde mohkem soyuqlamam var.nece defe rentgen elemishem soyuqlama deyibler.hekim mualice yazib biraz kecib gedib sonra yene ciyerim agriyir.kureyimden agri verir.doktor bakiya da gele bilmirem ki normal muayine olum.doktor xahish edirem mene bir tebii mualice usulu deyerdiniz yei ciyerdw soyuqdeymeni goturmeye.antibiotik qebul elemekden yorulmusham.rayonda yashiyiram aileliyem qorxuram ki neyse olar.tebii mualice usulu yazardiniz da.əvvəlcədən Təşəkkürümü bildirirem.Allah köməyiniz olsun.

    ---

    Cavab:

    Salam, Elşən bəy. Ağciyərlərin iltihabı zamanı terapevtin təyin etdiyi antibakterial müalicə ilə yanaşı təbii vasitələrdən istifadə edə bilərsiniz. Sizə 1 ay müddətində gündə 3 dəfə Teabronx çayının dəmləməsini, gündə 3 dəfə 1 kapsuldan Nat-Udi hindi qəbul etməyi məsləhət görürəm. Hər səhər acqarına 1 xörək qaşığı bala yarım çay qaşığı çiçək tozu qarışdırıb yesəniz bədən müqaviməti artar. Axşam yatmazdan əvvəl döş qəfəsinin ağrıyan tərəfini isidilmiş Qara zirə yağı ilə masaj edin və bundan sonra özünüzü soyuğa verməyin. Qara zirə yağını balla qarışdırıb daxilə də qəbul edə bilərsiniz.

  4. fizuli - 20 dekabr 2016 06:50  

    Mede bulanma agizda aciliq qusma ne komek eder

    Hemcinin medem acidi

    ---

    Cavab:

    Salam, Fizuli bəy. Sizə təcili şəkildə qastroenteroloqa müraciət etməyi və USM-dən (UZİ) keçməyi tövsiyə edirəm. Sadaladığınız əlamətlər Öd kisəsinin kəskin iltihabı, öd yollarının öd daşı ilə tutulması, kəskin qastrit, pankreatit kimi xəstəliklərlə bağlı ola bilər. Əgər ultrasəs müayinəsində öd kisəsi və öd yollarında daş aşkar edilməzsə, öd yollarının iltihabı və öd durğunluğu diaqnozu qoyularsa həkimin müalicəsi ilə yanaşı Teaxolin çayının dəmləməsini və Hepanat şərbəti qəbul edə bilərsiniz. Qastrit aşkar olunarsa Teastomin çayı və Fitooil Çaytikanı yağı içməyi məsləhət görürəm.

    Herba Flora Sizə Sağlamlıq Arzulayır!

  5. Hemide - 13 dekabr 2016 19:33  

    Salam hekim xalq tebabetinde urek ve urek damarlari ucun yemisan meyvesi meslehet gorulur.Almisiq amma ondan nece istifade edecemeyimizi bilmirik zehmet olmasa melumat vererdiniz.Yemisan meyesini nece istifade edek gunde nece defe.Onceden tesekkurler.

    ---

    Cavab:

    Salam, Həmidə xanım, yemişan meyvələrinin dəmləməsini hazırlamaq üçün 2 xörək qaşığı meyvə 2 stəkan qaynar suda çay kimi dəmlənir, soyuduqdan sonra süzülür və 3 yerə bölünərək gündə 3 dəfə yeməkdən əvvəl içilir.

    Ürək-damar xəstəlikləri, yüksək təzyiq və ürəkdöyünmələrin müalicəsində Teakard çayının dəmləməsindən istifadə edə bilərsiniz.

    Herba Flora Sizə Sağlamlıq Arzulayır!

     


Adınız:*
E-Mail:
Burada Həkimə sual verə bilərsiniz:
Kodu daxil et: *
Şifrə görsənmirsə yenilə





Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem