HERBA FLORA






Zəfəranabənzər levzey

 

Tərkibi:

Ekdisten steroidi, efir yağları, alkaloidlər, inulin, fosfat turşusunun duzları, aşı maddələri və qətranlar, C vitamini, retinol və s.

 

Farmakoloji təsiri:

Təbii adaptogendir, orqanizmə tonuslandırıcı və ümumi möhkəmləndirici təsir göstərir, bədənin xarici mühitin əlverişsiz amillərinə və fiziki yüklənməyə qarşı müqavimətini artırır. Fiziki və zehni yorğunluq, yuxusuzluq, beyin qan dövra­nının pozulması, yaddaşın və zehni qabiliy­yətin zəifləməsi, xroniki yorğunluq sindromu, şəkərli diabet, predmenstrual sindrom və cinsi zəiflik zamanı istifadə olunur.

 

Əks göstərişlər:

Epilepsiya, arterial hipertenziyalar, nevrozlar, hamiləlik, 12 yaşa qədər uşaqlar.

 

İstifadə qaydası:

Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Müalicə müddəti 3 həftədir.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem