HERBA FLORA






                                                         

         

 

Fitooil Zeytun yağı (rafinə olunmamış)

Virgin olive oil
Tərkibi:
Monodoymamış yağ turşuları – 70% Omeqa 9, 10% Omeqa 6, 1% Omeqa 3, palmitin turşusu, polifenollar, skvalen, sterollar, tokoferollar, E və K vitaminləri, az miqdarda Fe, Ni və Cr.
Rafinə olunmamış zeytun yağının (Virgin olive oil) üstünlükləri
Rafinə prosesində zeytun yağı tərkibində olan doymamış yağ turşularının, vitaminlərin və digər faydalı maddələrin 90-95%-ni itirir. Rafinə olunmuş zeytun yağının yararlılıq müddəti daha uzun olsa da orqanizm üçün çox az faydalı xüsusiyyəti var. Rafinə olunmuş yağdan fərqli olaraq rafinə olunmamış zeytun yağı orqanizm tərəfindən tam mənimsənilir.
Farmakoloji təsiri:
Zeytun yağı qanda xolesterol səviyyəsini aşağı salır, ürək-damar xəstəliklərinin, şəkərli diabetin, piylənmənin inkişaf riskini azaldır, immun sistemi güclüəndirir, xərçəngəleyhinə təsir göstərir.
Ödqovucu təsiri sayəsində qaraciyərdaxili öd yollarında və öd kisəsində durğunluğu aradan qaldırır, qida maddələrinin həzmini normallaşdırır, qəbizliyin qarşısını alır.
Yağ və karbohidrat mübadilələrini sürətləndirir, bədən çəkisinin normallaşmasına kömək edir.
Bətndaxili inkişaf dövründə rüşeymin sinir sisteminin düzgün formalaşmasını təmin edir. Uşaq yaşlarında və yaşlı insanlarda sinir sistemi xəstəliklərinin yaranma riskini azaldır.
E vitamini hesabına antioksidant təsir göstərir, hüceyrələrin erkən qocalmasının qarşısını alır, saç və dırnaqları möhkəmləndirir. Dəridən asanlıqla sorulur, dəri məsamələrini tıxamadan onu nəmləndirir. Dəri çatları və sellülitin yaranmasının qarşısını alır. Dərinin günəş şüalarının UB spektrindən qoruyur. Digər yağlardan fərqli olaraq allergik reaksiyalara səbəb olmur.
Göstərişlər:
- Qaraciyər və öd kisəsinin xroniki iltihabi xəstəlikləri, öd durğunluğu
- Metabolik xəstəliklər: şəkərli diabet, piylənmə
- Qəbizliklə müşayiət olunan mədə-bağırsaq xəstəlikləri
- Aterosklerozun, miokard infarktı və insultun profilaktikası
- Sinir sistemi xəstəliklərinin profilaktikası
- Dəri xəstəliklərinin müalicə və profilaktikası
Zeytun yağı kosmetik məqsədlə müxtəlif maskaların hazırlanması, kremlərin tərkibinin zənginləşdirilməsi üçün istifadə oluna bilər.
Qızdırılmamaq şərti ilə salatların və soyuq qəlyanaltıların hazırlanması üçün ən yaxşı bitki yağıdır.
Əks göstərişlər: öd daşı xəstəliyi, kəskin xolesistit.
İstifadə qaydası:
Daxilə: Gündə 1-2 dəfə 1 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Xaricə: Gündə 1-2 dəfə dəriyə çəkilərək masaj edilir.






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem