HERBA FLORA






Fitooil Zəyərək (kətan) yağı

(Oleum Lini)

Zəyərək yağı insan sağlamlığı üçün vacib və əvəzedilməz məhsuldur. Zəyərək yağından müntəzəm istifadə orqanizmin fəaliyyətini normallaşdırır və bir çox xəstəliklərlə mübarizədə kömək edir.

Yağın əldə edilmə üsulu: Soyuq presləmə.

Rəngi və ətri: Sarımtıl-narıncı və ya qızılı-qəhvəyi, xoş xəfif ətirli.

Kimyəvi tərkibi: A, E, B qrupu, K vitaminləri, sellüloza, minerallar, liqnanlar və s.

Yağ-turşu tərkibi: polidoymamış yağ turşuları omeqa-3 (linolen) 55,8%, omeqa-6 (linol) 16,5%, palmitin turşusu 5%, stearin 1,6%, olein 20,9%, 10%-ə qədər doymuş yağ turşuları. Zəyərək yağının yağ-turşu tərkibi balıq yağından 2 dəfə zəngindir.

Farmakoloji təsiri: Tərkibində omeqa-3 və omeqa-6 yağ turşularının yüksək konsentrasiyasına görə zəyərək yağı maddələr mübadiləsini yaxşılaşdırır, piy mübadiləsini sürətləndirərək artıq çəkini azaldır. Müntəzəm istifadəsi zamanı qanda xolesterinin səviyyəsini, qanın özlülüyünü azaldır, damarların elastikliyini artırır.  Qaraciyərin piy distrofiyasının qarşısını alır, həzm sistemi orqanlarının fəaliyyətini normallaşdırır. Bürüyücü, yüngül işlədici, yumşaldıcı, iltihab əleyhinə və ağrıkəsici təsir göstərir, həzmi yaxşılaşdırır, bağırsaqların sekretor və motor funksiyaları tənzimləyir, qəbizliyin qarşısını alır. İmmun sistemi möhkəmləndirir, onkoloji xəstəliklərin yaranmasının qarşısını alır. Hamiləlik dövründə istifadə edildikdə dölün sinir sisteminin inkişafına müsbət təsir edir, hamiləliyin və doğuşun rahat keçməsini təmin edir. Hormonal balansı tənzimləyir, reproduktiv funksiyanı və cinsi aktivliyi stimullaşdırır. Dərinin qabıqlanmasının, quruluğun, qırışların qarşısını alır, yara və xoraların sağalmasını sürətləndirir.

İstifadəsinə göstəriş:

  • Miokard infarktı, ateroskleroz, hiperxolesterinemiya, hipertoniya, ÜİX, insult və trombozun profilaktikası
  • Qastrit, reflüks-ezofagit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit, qaraciyərin piy distrofiyası, bağırsaq parazitləri
  • Dermatitlər, ekzema, psoriaz, yanıqlar, gec sağalan yara və xoralar
  • Cərrahi əməliyyatlardan sonra reabilitasıya dövrü
  • Predmenstrual və klimakterik sindromlar
  • Tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində
  • Sidik-ifrazat sistemi xəstəliklərinin kompleks müalicəsində
  • İmpotensiya

İstifadə formaları və qaydası: Gündə 1-2 xörək qaşığı yeməkdən 20 dəqiqə əvvəl 20 gün müddətində daxilə qəbul edilir. 2-4 həftəlik fasilədən sonra yenidən qəbul oluna bilər. Bundan əlavə müxtəlif maskaların və termiki işlənməyə məruz qoymadan salat və yeməklərin hazırlanmasında istifadə oluna bilər.

Əks göstəriş: Öd daşı xəstəliyi və xroniki pankreatitin kəskinləşmə mərhələsi.

Saxlanma qaydası: 100C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə qaranlıq yerdə saxlanılmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətində istifadə edilməlidir. Tərkibində doymamış alifatik yağ turşuları olduğuna görə işıq və istiliyin təsirindən tez polimerləşir.

Buraxılış forması: tünd rəngli şüşə flakon, 100 ml.

İstehsalçı: Herba Flora, Azərbaycan.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem