HERBA FLORA






Teasept çayı

(antiseptik çay)

Tərkibi:

Evkalipt yarpağı, gülümbahar çiçəyi, adaçayı yarpağı, aptek çobanyastığı çiçəyi, andız kökü, biyan kökü, cökə çiçəyi.

 

Kimyəvi tərkibi:

Evkalipt yarpağının tərkibində efir yağları, aşı maddələri, üzvi turşular və s. vardır. Gülümbahar çiçəyinin tərkibində karotinoidlər, üzvi turşular, C vitamini və s. vardır. Adaçayı yarpağının tərkibində flavonoidlər, alkaloidlər, aşı maddələri, üzvi turşular P və PP vitaminləri, fitonsidlər, efir yağları, salvin və s. vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində efir yağları (xamazulen), flavonoidlər, karotin, C viamini və s. vardır. Andız kökünün tərkibində efir yağları, C vitamini və s. vardır. Cökə çiçəyinin tərkibində saponinlər, flavonoidlər, efir yağları, karotin və C vitamini vardır.

 

Farmakoloji təsiri:

İltihab əleyhinə, antiseptik, fitonsid, büzücü və bürüyücü təsirə malikdir. Qrammüsbət və qrammənfi mikroorqanizmlərə bakteriostatik, göbələk və ibtidailərə isə öldürücü təsir göstərir. Organizmin yerli müdafiə funksiyasını gücləndirir, regenerasiya və epitelizasiyanı sürətləndirir.

 

İstifadəsinə göstəriş:

Stomatit, gingivit, parоdontoz, ağızgəlmə, rinit (zökəm), angina, tonzillit, laringit, faringit, traxeit, blefarit, konyuktivit. Ağızdan xoşagəlməz qoxu zamanı, diş çəkildikdə və diş protezlərindən istifadə zamanı damaq yaralarının müalicə və profilaktikasında təyin edilir.

 

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

Qarqara üçün iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq dəmləmə ilə yeməkdən sonra qarqara edilir.

 

Daxilə istifadə üçün:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

İnhalyasiya üçün dəmləmə eyni qaydada hazırlanır. Gündə 3-4 dəfə isti dəmləmə ilə inhalyasiya edilir.

Müalicə kursu 10 gündür.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem