HERBA FLORA






Teartroz çayı

(duzlaşma əleyhinə çay)

Tərkibi:

İşlədici murdarça meyvəsi, itburnu meyvəsi, zirə meyvəsi, razyana meyvəsi, yemişan meyvəsi, aptek çobanyastığı çiçəyi, solmazçiçəyi çiçəyi, qızılçətir otu, boymadərən otu, üçbölümlü yatıqqanqal otu, dazıotu otu, damotu otu, mərcangilə yarpağı, ayıqulağı yarpağı, istiotlu nanə yarpağı, gicitkən yarpağı, kövrək murdarça qabığı, dərman pişikotu kökü.

 

Farmakoloji təsiri:

Çay maddələr mübadiləsini tənzimləyir, sümük və qığırdaq toxumasında degenerativ dəyişikliklərin qarşısını alır və onların strukturunu yaxşılaşdırır. Sidikqovucu təsir edərək sidik turşusu duzlarının, sidik cövhəri və mineralların ekskresiyasını sürətləndirir. Eyni zamanda ödqovucu və zəif işlədici təsir göstərir, öd turşusu duzlarının, qeyri-üzvi duzların və xolesterinin xaric olmasını təmin edir. Güclü iltihab əleyhinə təsir göstərərək oynaqlarda olan iltihabi əlamətləri (qızartı, şişkinlik, ağrı) azaldır.

 

İstifadəsinə göstəriş:

  • Artrozlar (koksartroz, qonartroz, xırda oynaqların artrozları)
  • Osteoxondroz,
  • Deformasiyaedici osteoartroz
  • Podaqra
  • Revmatik artritlər
  • Radikulit

 

Əks göstərişlər:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, isti və qaranlıq yerdə 12 saat saxlanılır. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Müalicə müddəti 1 aydır. 2 həftəlik fasilədən sonra təkrar qəbul oluna bilər. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün şəkər əlavə etmək olar. Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem