HERBA FLORA






Teaqrip çayı

(soyuqdəymə əleyhinə çay)

Tərkibi:

Evkalipt yarpağı, istiotlu nanə yarpağı, gülümbahar çiçəyi, kəklikotu otu, adaçayı yarpağı, aptek çobanyastığı çiçəyi, məkkəgülü çiçəyi, andız kökü, dazıotu otu, şirin biyan kökü, cökə çiçəyi, çay yarpağı.

 

Farmakoloji təsiri:

Yuxarı tənəffüs yolları və ağız boşluğunun selikli qişasına antiseptik, itihab əleyhinə, büzücü, bürüyücü təsir göstərir, bədəni tərlədir və qızdırmanı salır. Bakterisid (qrammüsbət və qrammənfi bakteriyalara, ibtidailərə), funqisid, antivirus təsirləri var. Tənəffüs yollarının yerli müdafiə funkasiyasını gücləndirir, immunomodulyator effekt verir, selikli qişaların mikrosirkulyasiya və regenerasiyasını yaxşılaşdırır. Öskürək əleyhinə təsir göstərir.

 

İstifadəsinə göstəriş:

Qrip, soyuqdəymə, zökəm (rinit), quru öskürək, laringit, faringit, traxeit, adenoidit, stomatit, gingivit, parodontit.

 

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

Qarqara üçün:

İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq dəmləmə ilə yeməkdən sonra qarqara edilir.

 

İnhalyasiya üçün:

Dəmləmə eyni qaydada hazırlanır. Gündə 3-4 dəfə isti dəmləmə ilə inhalyasiya edilir.

 

Daxilə istifadə üçün:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti 10 gündür.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem