HERBA FLORA






Teamen çayı

(prostatit əleyhinə çay)

Tərkibi:

İtburnu meyvəsi, yemişan meyvəsi, bataqlıq qurucasının otu, tozağacı yarpağı, aptek çobanyastığı çiçəyi, qara gəndalaş çiçəyi, çöl qatırquyruğu otu, adi ardıc meyvəsi.

 

Kimyəvi tərkibi:

İtburnu meyvəsinin tərkibində üzvi turşular, flavonoidlər, B1, B2, PP, C, E vitaminləri, karotin və s. vardır. Yemişan meyvəsinin tərkibində flavonoidlər, üzvi turşular, karotinoidlər, aşı maddələri, piyli yağlar və s. vardır. Bataqlıq qurucasının tərkibində efir yağları, flavonoidlər, alkaloidlər, fitosterinlər, aşı maddələri, A və C vitaminləri, karotin və s. vardır. Tozağacı yarpağının tərkibində efir yağları, flavonoidlər, aşı maddələri, karotin, C və PP vitaminləri vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində efir yağları (xamazulen və s.), flavonoidlər, karotin, C vitamini və s. vardır. Qara gəndalaş çiçəyinin tərkibində efir yağları, üzvi turşular, rutin, aşı maddələri və s. vardır. Çöl qatırquyruğu otunun tərkibində saponinlər, alkaloidlər, flavonoidlər, C vitamini, karotin, mineral duzlar, aşı maddələri və s. vardır. Ardıc meyvəsinin tərkibində efir yağları, sirkə, alma, qarışqa turşuları və s. vardır.

 

Farmakoloji təsiri:

Рrostat vəzin qanla təchizatını və innervasiyasını yaxşılaşdırır, kapsulunun keçiriciliyini artırır və mikrosirkulyasiyanı sürətləndirir, antioksidant, tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir, spermanın keyfiyyətini, cinsi hüceyrələrin həyat qabiliyyətini və potensiyanı artırır.

 

İstifadəsinə göstəriş:

Kəskin və xroniki prostatitlərin müalicə və profilaktikası, eyni zamanda potensiyanı artırmaq məqsədilə təyin olunur.

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl daxilə qəbul edilir.

 

Müalicə kursu 60 gündür.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem