HERBA FLORA






Teakard çayı

(hipertoniya əleyhinə çay)

Tərkibi:

Beşdilimli damotunun otu, dərman zəncirotu kökü, dərman gülümbahar çiçəyi, qarğıdalı saçağı, aptek çobanyastığı çiçəyi, dərman bədrənc otu.

 

Kimyəvi tərkibi:

Beşdilimli damotu otunun tərkibində qlikozidlər, alkaloidlər, efir yağları, flavonoidlər, aşı maddələri, karotin, vitamin C və mineral duzlar vardır. Dərman zəncirotu kökünün tərkibində sterinlər, inulin (40%), xolin, karotinoidlər, A, B1, B2, C vitaminləri və s. vardır. Dərman gülümbahar çiçəyinin tərkibində karotinoidlər, üzvi turşular, vitamin C və s. vardır. Qarğıdalı saçağının tərkibində efir yağları, yağ turşuları, saponinlər, qlikozidlər, aşı maddələri, K, E və B qrupu vitaminləri vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində efir yağları (xamazulen, bisabalol), flavonoidlər, karotin, vitamin C və s. vardır. Dərman bədrənc otunun tərkibində efir yağları, askorbin turşusu, acı maddələr və selik vardır.

 

Farmakoloji təsiri:

Koronar və periferik qan damarlarını genişləndirir, zəif sidikqovucu effekt verir, hipotenziv təsir göstərir. Koronar qan dövranını, ürəyin oksigen və qida maddələri ilə təminatını yaxşılaşdırır, miokardın oksigenə qarşı tələbatını azaldır. Ürəyin keçirici sisteminə təsir etmədən taxikardiyanı aradan qaldırır. Qanda qlükozanın, süd və piroüzüm turşusunun, xolesterinin, lipidlərin miqdarını azaldır, ateroskleroz əleyhinə təsir göstərir.

 

İstifadəsinə göstəriş:

  • Hipertoniya xəstəliyinin I-II mərhələsi
  • Simptomatik hipertenziyalar
  • Stenokardiya (gərginlik, sakitlik)
  • Ateroskleroz
  • NSD (hipertonik və kardial tip)

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Hipotoniya.

 

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl daxilə qəbul edilir. Müalicə kursu 45 gündür, 10 günlük fasilədən sonra kurs təkrar olunur.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem