HERBA FLORA






 

Teabronx çayı

(bəlğəmgətirici çay)

Tərkibi:

Şirin biyan kökü, dəvədabanı yarpağı, böyük bağayarpağının yarpağı, kəklikotu, razyana toxumu, istiotlu nanə yarpağı.

 

Kimyəvi tərkibi:

Şirin biyan kökünün tərkibində qlisirrizin, qlisirrizin turşusu, onun K və Ca duzları, efir yağları, C vitamini və s. vardır. Dəvədabanı yarpağının tərkibində tussilyagin qlikozidi, efir yağları, aşı maddələri, selik, C vitamini və s vardır. Böyük bağayarpağı yarpağının tərkibində aukubin qlikozidi, flavonoidlər, aşı maddələri, C və K vitaminləri və s. vardır. Kəklikotunun tərkibində timol, karvakrol, borneol efir yağları və s. vardır. Razyana toxumunun tərkibində anetol, fenxon, pinen və s. terpenlərdən ibarət efir yağları, az miqdarda cirə turşusu vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, izovalerian və sirkə turşusunun efirləri, eyni zamanda üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. maddələr var.

 

Farmakoloji təsiri:

Tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini və kiprikli epitelin hərəki aktivliyini artırır. Bəlğəmi durulaşdırır və xaric olmasını sürətləndirir. Öskürək və tənəffüs mərkəzlərinin qıcıqlanmasını azaldır, bronxların spazmını və təngnəfəsliyi aradan qaldırır, öskürək əleyhinə təsir göstərir. İltihab əleyhinə, antiseptik, antiallergik təsirə malikdir. İnterferon sintezini artıraraq, orqanizmin immun müqavimətini yüksəldir.

 

İstifadəsinə göstəriş:

  • Traxeit
  • Kəskin və xroniki bronxit
  • Pnevmoniya (krupoz və bronxopnevmoniya)
  • Bronxial astma
  • Göyöskürək

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu 14 gündür.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem