HERBA FLORA






Serebratea çayı

(yaddaş üçün çay)

Tərkibi:

Ginkqo biloba yarpağı, mayasarmaşığı qozası, yemişan çiçəyi, çöl qatırquyruğu otu, yapon soforasının qönçələri.

 

Kimyəvi tərkibi:

Ginkqo biloba yarpağının tərkibində diterpen laktonlar ( ginkqolidlər A, B, C ) , flavonoid və bioflavonoidlər var.  Mayasarmaşığı qozasının tərkibində xumulin alkaloidi, efir yağları, flavonoidlər, valerian turşusu və s. vardır. Yemişan çiçəyinin tərkibində efir yağları, trimetilamin, kversetin, viteksin, hiperozid və s. mövcuddur. Çöl qatırquyruğu otunun tərkibində C vitamini, karotin, flavonoidlər, sitosterol və s. vardır. Yapon soforasının qönçəsində rutin və digər flavonoid qlikozidləri vardır.

 

Farmakoloji təsiri:

Beyin damarlarının tromblarını əridir, angioprotektiv təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, toxumaların oksigenizasiyasını artırır.  Həmçinin hüceyrə membranının qurulmasında, sərbəst radikalların orqanizmdən çıxarılmasında və natrium, kalium, ATF-aza fermentlərinin aktivləşməsində iştirak edir. Beyin toxumasının qanla təchizatını artırır, oksigenin istifadəsini və toxuma tənəffüsünü normallaşdırır.

 

İstifadəsinə göstəriş:

Dissirkulyator ensefalopatiyalar

Kəllədaxili təzyiqin artması

Psixoemosional stress

Yaddaş pozğunluğu

Zehni və fiziki yorğunluq

Miqren

Müxtəlif mənşəli demensiyalar

Müxtəlif mənşəli astenik vəziyyətlər

Kimyəvi və radioterapiyadan sonrakı reabilitasiya dövrü

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Hamiləlik və laktasiya.

Hipotoniya.

 

Digər dərmanlarla qarşılıqlı təsiri:

Antikoaqulyantlarla (aspirin kimi dərmanlar) ehtiyatla istifadə etmək lazımdır. MAO ingibitorları ilə birlikdə qəbulu qadağandır.

 

İstifadə qaydası:

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklərə: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Müalicə kursu 30-45 gündür, 10 günlük fasilədən sonra kurs təkrar olunur.

 

Buraxılış forması: 30 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem