HERBA FLORA






Sedativ çay

(sakitləşdirici çay)

Tərkibi:

Pişikotu kökü, damotu otu, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.

 

Kimyəvi tərkibi:

Pişikotu kökünün tərkibində efir yağları, izovalerian turşusu, bornilizovalerianat, borneol və s. vardır. Damotu otunun tərkibində qlikozidlər, alkaloidlər, efir yağları və s. vardır. Mayasarmaşığı qozasının tərkibində xumulin alkaloidi, efir yağları, valerian turşusu və s. vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, izovalerian və sirkə turşusunun efirləri və s. maddələr vardır.

 

Farmakoloji təsiri:

Sinir sistemində oyanıqlığı azaldır, tormozlanmanı artırır, trankvilizəedici təsir göstərir. Spazmolitik təsir edərək koronar və periferik qan damarlarını genişləndirir, antiaritmik və hipotenziv effekt verir. Yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır.

 

İstifadəsinə göstəriş:

  • Nevrozlar (kardionevroz, nevrasteniya)
  • NSD, sinir-emosional oyanıqlıq və stress
  • Hipertoniya xəstəliyi (ilkin mərhələ)
  • Xroniki yorğunluq sindromu, yuxusuzluq
  • Predmenstrual və klimakterik sindromlar
  • Hipertireoz, şəkərli diabet
  • Spastik sindromla müşayiət olunan həzm sistemi xəstəlikləri
  • Uşaqlarda hipertenzion sindrom, sinir-reflektor oyanıqlıq sindromu

 

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Yuxusuzluqda 3 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəq. dəmlənir, yatmazdan 1 saat əvvəl daxilə qəbul edilir.

Çayın dəmləməsindən körpələr üçün vanna şəklində istifadə etmək olar. Bu məqsədlə filtr-bağlamaların sayını suyun miqdarına uyğun artırmaq lazımdır.

Müalicə kursu 30 gündür.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem