HERBA FLORA






Qastren çayı

(mədə-bağırsaq üçün çay)

Tərkibi:

Aptek çobanyastığı çiçəyi, adi palıd qabığı, dərman adaçayı yarpağı, istiotlu nanə yarpağı, qara zirə meyvəsi.

 

Kimyəvi tərkibi:

Aptek çobanyastığı çiçəyinin tərkibində efir yağları (xamazulen və s.), flavonoidlər, karotin, C vitamini və s. vardır. Adi palıd qabığının tərkibində 29% aşı maddələri, flavonoidlər, selik, nişasta, zülali maddələr və s. vardır. Adaçayı yarpağının tərkibində flavonoidlər, alkaloidlər, aşı maddələri, üzvi turşular, P və PP vitaminləri, fitonsidlər, efir yağları və s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağları, üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır. Qara zirə meyvəsinin tərkibində 40% - ə qədər aşı maddələri, 30% - ə qədər nişasta, saponinlər, flavonoidlər, makro- və mikroelementlər və s. maddələr vardır.

 

Farmakoloji təsiri:

Büzücü, bürüyücü, qankəsici, antiseptik, iltihabəleyhinə, spazmolitik və köpəleyhinə təsir göstərir, kapilyar qan dövranını, regenerasiyanı və eroziyaların sağalmasını sürətləndirir.

 

İstifadəsinə göstəriş:

  • Müxtəlif etiologiyalı ishallar
  • Enterit, kolit
  • Dizenteriya, salmonellyoz
  • Hipoasid qastrit
  • Disbakterioz.

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu 10 gündür.

 

İshallarda çayın dəmləməsindən imalə şəklində də istifadə olunur. Bu məqsədlə filtr-bağlamaların sayını və suyun miqdarını bədən çəkisinə uyğun olaraq artırmaq lazımdır.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem