HERBA FLORA






Qara zirə (qaraçörəkotu) yağı

Tərkibi:

Efir yağları, essensial yağ turşuları, fitosterinlər, amin turşuları, qlikolipidlər və fosfolipidlər, tanin, melantin, nigellisin, minerallar (Fe, Na, Cu, Zn, P və Ca).

 

Farmakoloji təsiri:

Qara zirə ağrıkəsici, antibakterial, göbələk və virus əleyhinə təsirlərə malikdir. Qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə təsir edir və trofik yaraların sağalmasını sürətləndirir. İmmun sistemi möhkəmləndirir, arterial təzyiqi salır, qaraciyərqoruyucu, antioksidant xüsusiyyətlərə malikdir. Maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır, şiş hüceyrələrinin əmələ gəlməsini və böyüməsini ləngidir. Antiallergik təsir göstərir, bronxları genişləndirir, qanyaranmanı sürətləndirir. Bağırsaq mikroflorasını tənzimləyir, həzm fermentlərinin aktivliyini artırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmin hormonal balansını tənzimləyir, cinsi qabiliyyəti artırır.

 

İstifadəsinə göstəriş:

  • Mübadilə pozulması və hormonal disbalans
  • Allergik xəstəliklər, qida allergiyası
  • İmmun sistemin zəifləməsi
  • Disbakterioz, ishal, meteorizm
  • Babasil
  • Bronxial astmanın kompleks müalicəsi
  • Hipertoniya
  • Şəkərli diabet
  • Stress, yuxusuzluq, diqqətin pozulması
  • Hipodinamiya
  • Göz yorğunluğu, qulaq ağrıları
  • Oynaq ağrıları
  • Ekzema, psoriaz, neyrodermit, göbələk infeksiyaları, dəridə çatlar
  • Parazitar xəstəliklər – pedikulyoz (bitlilik), qoturluq
  • Cinsi zəiflik
  • Dişəti xəstəlikləri – parodontoz, parodontit, gingivit
  • Onkoloji xəstəliklərin profilaktikası

Müalicə və profilaktika məqsədilə qara zirə bitkisinin toxumlarından və Fitooil Qara zirə yağından istifadə olunur.

 

Əks göstərişlər:

İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün sonuncularla birlikdə qəbulu məsləhət görülmür. Həmçinin hamiləlik və laktasiya müddətində qəbulu məsləhət deyil. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur.

 

İstifadə qaydası:

Xaricə:

Fitooil Qara zirə yağı gündə 2 dəfə dərinin zədəli nahiyəsinə çəkilir.

Qara zirə toxumu xaricə məlhəm şəklində istifadə olunur.

Resept: 400 ml alam sirkəsi isidilir, üzərinə 200 qram üyüdülmüş qara zirə toxumları əlavə edilir. Qaynadıqdan sonra qarışığa qarğıdalı nişastası əlavə edərək qarışdırılır və ocaqdan götürülür. Alınmış məlhəm soyuduqdan sonar tünd rəngli şüşə qaba yerləşdirilir, sərin və qaranlıq yerdə saxlanılır. Gündə 2 dəfə xəstə nahiyəyə çəkilir.

Daxilə:

Fitooil Qara zirə yağı 3 ay müddətində gündə 2 dəfə böyüklər üçün 1 xörək qaşığı, uşaqlar üçün 1 çay qaşığı yeməkdən əvvəl daxilə qəbul edilir.

Qara zirə toxumundan 10 qram (1 xörək qaşığı) 200 ml qaynar suda dəmlənir, 3 ay müddətində gündə 3 dəfə daxilə qəbul olunur.

 

Buraxılış forması: Fitooil Qara zirə yağı - tünd rəngli şüşə flakonda, 100 ml; qara zirə toxumu – karton qutuda, 50 qr.

 

Saxlanma qaydası: 250C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə qaranlıq yerdə saxlanılmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətində istifadə edilməlidir.

 

İstehsalçı: Herba Flora, Azərbaycan.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem