HERBA FLORA






Nat-Qara zirə (Nigella sativa)

 

Kimyəvi tərkibi: Efir yağları, essensial yağ turşuları, fitosterinlər, amin turşuları, qlikolipidlər və fosfolipidlər, tanin, melantin, nigellisin, minerallar (Fe, Na, Cu, Zn, P və Ca).

 

Farmakoloji təsiri:

Nat-qara zirə ağrıkəsici, antibakterial (Staphylococcus albus, Escherichia coli, Salmonella typhi, Fibrio cholera) , göbələk və virus əleyhinə təsirlərə malikdir. İltihab mediatorlarının ifrazını ləngidir, kapilyar damarlara spazmolitik təsir göstərərək mikrosirkulyasiyanı və trofik yaraların sağalmasını sürətləndirir. İmmunostimulyator, hipotenziv, hepatoprotektor, renoprotektiv, antioksidant  təsirlərə malikdir. Maddələr mübadiləsini aktivləşdirir, qlükoneogenezi inhibə edərək qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır. Leykotrienlərin antaqonisti, interferonun induktorudur, şiş hüceyrələrinin böyüməsini və nekrozunu ləngidir. Antihistamin və bronxolitik təsir göstərir, hemopoezi sürətləndirir. Bağırsaq mikroflorasını tənzimləyir, həzm fermentlərinin aktivliyini artırır. Antixolinergik təsir edərək toxumaların sinir təchizatını normallaşdırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmin hormonal balansını tənzimləyir, cinsi qabiliyyəti artırır.

 

İstifadəsinə göstəriş:

İmmun sistemin zəifləməsi ilə gedən xəstəliklər, bronxial astma, bronxitlər

Bağırsaq infeksiyaları, virus infeksiyaları

Dəri çatları, çətin sağalan yaralar, neyrodermit, göbələk infeksiyaları

Hipertoniya, şəkərli diabet, cinsi zəiflik

Metabolik xəstəliklər, hormonal disbalans, xronik zəhərlənmələr

Xərçəngin profilaktikası

Allergik xəstəliklər, qida allergiyaları

Yuxusuzluq, stress və psixoemosional gərginlik

Həzmin pozulması və köp, babasil, hipodinamiya

Xroniki ağrı sindromu

 

Əks göstərişlər:

Kapsullar immunosupressiv preparatların təsir effektini azaltdığı üçün sonuncularla birlikdə qəbulu məsləhət görülmür. Həmçinin hamiləlik və laktasiya müddətində qəbulu məsləhət deyil. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur.

 

İstifadə qaydası:

Gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Uşaqlar gündə 2-3 dəfə 1 kapsul daxilə qəbul edə bilərlər. Tövsiyə olunan qəbul müddəti 3 aydır.

 

Buraxılış forması: 400 mq-lıq 100 kapsul.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem