HERBA FLORA






Oksalitin çayı

(oksalat daşı əleyhinə çay)

Tərkibi:

Adi boyaqotu kökü, çöl paxlagülü kökü, ziyilli tozağacı yarpağı, ortosifon otu, çöl qatırquyruğu otu, aptek çobanyastığı çiçəyi, bostan şüyüdü meyvəsi.

 

Kimyəvi tərkibi:

Adi boyaqotu kökünün tərkibində üzvi turşular, triterpenoidlər, antraxinonlar, iridoidlər,  C vitamini və s. vardır. Çöl paxlagülü kökünün tərkibində triterpen spirti onoseril, flavonoidlər, limon turşusu və s. vardır. Ziyilli tozağacı yarpağının tərkibində triterpenoidlər, aşı maddələri, kumarinlər, flavonoidlər, E, PP, C vitaminləri, karotin vardır. Ortosifon otunun tərkibində ortosifonin qlikozidi, alkaloidlər, üzvi turşular vardır. Çöl qatırquyruğu otunun tərkibində C vitamini, karotin, flavonoidlər, sitosterol və s. vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində xamazulen efir yağı, bisabolol. Bostan şüyüdü meyvəsinin tərkibində anetol efiri, olein, linol, stearin və palmitin turşuları olan piyli yağlar vardır.

 

Farmakoloji təsiri:

Litolitik, spazmolitik, diuretik, uroseptik, iltihab əleyhinə təsir göstərir. Maddələr mübadiləsini tənzimləyir, sidiyin pH-nı qələvi istiqamətdə dəyişir, oksalat daşlarını demineralizasiya edərək, onları əridir. Sidikdə müdafiə kolloidlərini bərpa edir və mineral komponentlərin duzlar şəklində çökməsinin qarşısını alır. Böyrək ləyəni və sidik yolları əzələlərinin tonusunu azaldır, peristaltik yığılmalarını artıraraq kiçik ölçülü daşların və oksalat duzlarının xaric olmasını təmin edir.

 

İstifadəsinə göstəriş:

Böyrəklərdə, sidik axarları, sidik kisəsində oksalat duzları və oksalat daşları olduqda istifadə olunur.

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Kəskin qastrit, xroniki qastritin və xora xəstəliyinin kəskinləşmə dövrü.

 

Əlavə təsiri:

Çaydan istifadə zamanı dispeptik əlamətlər müşahidə oluna bilər.

 

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 30 ml (2 x. q.) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

Müalicə kursu 2-4 həftədir.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem