HERBA FLORA






Nat-sedativ

Tərkibi:

Pişikotu kökü – Valeriana officinalis

Yemişan çiçəyi – Crataegus sanguinea

İstiotlu nanə yarpağı – Mentha piperita

Damotu otu – Leonurus quinquelobatus

Mayasarmaşığı qozası – Humulus lupulus

Koməkçi maddə:

Qarğıdalı nişastası.

 

Farmakoloji təsiri:

Benzodiazepin reseptorlarına təsiri nəticəsində sedativ, trankvilizəedici effekt verir, ləng yuxu fazasını uzadır, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmə tonuslandırıcı, damarlara spazmolitik təsir göstərir. Qanın perfuziyasını artıraraq koronar qan dövranını yaxşılaşdırır, ürək vurğularının sayını azaldır, taxiaritmiyaların qarşısını alır.

 

İstifadəsinə göstəriş:

Nevrozlar (narahatlıq, qorxu, isterik vəziyyətlər)

Psixo-emosional gərginlik

Yuxusuzluq

Depressiv vəziyyət

Xroniki yorğunluq sindromu

Ürək fəaliyyətinin funksional pozulmaları (kardionevroz, taxiaritmiyalar)

Predmenstrual sindrom və klimaks

Hamiləlik nevrozları, doğuşdan sonrakı nevrozlar

Şəkərli diabet, hipertireoz.

 

Əks göstəriş: preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası və dozalanma: 1-2 kapsuldan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem