HERBA FLORA






Mirfazin çayı

(şəkərli diabet üçün)

 

Tərkibi:

Qaragilə zoğları, lobya meyvəsinin qını, itburnu meyvəsi, gicitkən yarpağı, aptek çobanyastığı çiçəyi, bağayarpağı yarpağı, dazıotu otu, gülümbahar çiçəyi, boymadərən otu, damotu otu, şirin biyan kökü, andız kökü və kökümsovu.

 

Farmakoloji təsiri:

İnsulinin sintezi və sekresiyasını artırır, qlükozanın toxumalar tərəfindən utilizasiyasını təmin edir. Qanda şəkərin, xolesterinin miqdarını azaldır. Karbohidrat, lipid, su-duz mübadiləsini, mədəaltı vəzin fəaliyyətini tənzimləyir, mədəaltı vəzin qanla təchizatını yaxşılaşdırır. Orqanizmin suya tələbatını və poliuriyanı azaldır. Angioprotektor, neyroprotektor, nefroprotektor və hepatoprotektor təsir göstərir. Toxumaların regenerasiyasını və trofik xoraların sağalmasını sürətləndirir.

 

İstifadəsinə göstəriş:

  • I tip şəkərli diabet (yanaşı)
  • II tip şəkərli diabet (yüngül və orta ağırlıqlı)
  • Piylənmə
  • Postprandial hiperqlikemiya

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Müalicə kursu 4-6 həftədir, il ərzində 3-4 kurs qəbul etmək lazımdır.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem