HERBA FLORA






Mayasarmaşığı qozası

 

İstifadəsinə göstəriş:

İltihab əleyhinə, ağrıkəsici, bakterisid, antiallergik vasitə kimi iltihabi əlamətlər, allergik səpgilər, qaşınma və s. ilə müşayiət olunan dəri xəstəliklərində istifadə olunur. Xüsusilə allergik və peşə dermatitlərində, xroniki xoralarda və dərinin distrofik proseslərində daha effektlidir. Bundan başqa qozaların dəmləməsi saçların kökünü bərkitmək, kəpəyi təmizləmək, sızanaqları və xeyliti müalicə etmək üçün tətbiq olunur. Eləcə də sakitləşdirici və zəif yuxugətirici vasitə kimi yüksək sinir oyanıqlığında, yuxu pozğunluğunda, vegetativ-damar distoniyasında, klimakterik sindromda və s. təyin olunur. Mayasarmaşığı qozasını qastritlərdə, qastroenteritlərdə, qaraciyərin və öd kisəsinin xəstəliklərində həzmi yaxşılaşdırmaq və iştahanı artırmaq üçün istifadə etmək olar.

 

İstifadə qaydası:
Bir xorək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən əvvəl daxilə qəbul edilir. Xaricə istifadə üçün sarğı dəmləmədə isladılır.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem